Yuxarı

Politoloq: “Elnur Aslanov dalğasının davamı gələcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Politoloq: “Elnur Aslanov dalğasının davamı gələcək”

"Ərdoğan seçkilərdən sonra yenə rəsmi Bakıdan Gülən şəbəkəsinə qarşı mübarizə etmək üçün yardım istəyəcək".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Türkiyədəki seçkilərdən sonra Gülənə qarşı savaşın ən yüksək mərhələyə çatacağını bildirib:

"Bələdiyyə seçkiləri Türkiyədə çox gərgin keçir. Düşünürəm ki, seçkidən sonra Ərdoğan müxalifətə qarşı siyasətində bir qədər yumşalmağa meyl edəcək. Öncələr də Ərdoğanın seçkilərdən sonra yumşaq açıqlamaları olurdu. Amma bu dəfə fərqli olacaq. Ola bilsin ki, müxalifətə qarşı yumşaq mövqe tutacaq. Lakin Gülən hərəkatı bura aid olmayacaq. Düşünürəm ki, Ərdoğan əvvəlki tək Gülən hərəkatını bitirməyə çalışacaq. Gülən bu dəqiqə onun üçün müxalifətdən və vaxtilə onu hakimiyyətdən devirməyə hazır olan generallardan daha təhlükəlidir. Ərdoğan onları boş buraxsa, özünün siyasi sonu yaxınlaşacaq. Ona görə də Baş nazir seçkilərdən sonra da onlara qarşı savaşacaq".

Politoloq, Elnur Aslanovun istefaya göndərilməsinin hələ başlanğıc olduğunu qeyd edib:

"Ərdoğan seçkilərdən sonra yenə rəsmi Bakıdan Gülən şəbəkəsinə qarşı mübarizə etmək üçün yardım istəyəcək. Düşünürəm ki, Gülən hərəkatına qarşı başlanmış bu dalğa təkcə Elnur Aslanovun istefası ilə yekunlaşmayacaq. Onun ardı da gələcək".

Qeyd edək ki, Türkiyə mətbuatı 30 mart seçkilərindən sonra Fətullah Gülən hərəkatına qarşı böyük əməliyyatın başlayacağı haqda iddialar irəli sürmüşdü. Keçiriləcək əməliyyatların Türkiyədən kənar əraziləri də əhatə edəcəyi bildirilmişdi.

Tarix
2014.03.29 / 12:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla