Yuxarı

Ermənistanı faciəvi son gözləyir – Petrosyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanı faciəvi son gözləyir – Petrosyan

Levon Ter Petrosyanın son çıxışı o deməkdir ki, Sərkisyan növbəti ağır durumda eks-prezidentə bel bağlamaya bilər.

Axar.az xəbər verir ki, bu sözləri Levon Ter-Petrosyanın 17 dekabrda lideri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışını şərh edən politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Petrosyanın həmin çıxışının sensasiya əhəmiyyətli olduğunu düşünür:

“Aprel savaşı cəmi 4 gün davam etsə də, bu, Ermənistan cəmiyyətində silkələnməyə kifayət etdi.

Birincisi, azərbaycanlı və erməni fəalların birgə təsis etdikləri “sülh platforması” oldu. Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirən ermənilərin sayı tədricən artır.

İkincisi isə Petrosyanın çıxışıdır və bu, Aprel savaşının nəticələri ilə əlaqəlidir. İndiki vəziyyətə görə o da məsuliyyət daşıyır”.

Politoloqa görə, Petrosyanın 1990-cı il savaşlarında cəmi 12 erməni diaspor nümayəndəsinin iştirak etməsi ilə bağlı fikri isə ifşaedici mahiyyət daşıyır:

“Petrosyan və digər müxalifət təmsilçiləri Ermənistanın ən böyük bəlası kimi korrupsiyanı göstərirlər. Aydındır ki, erməni lobbisinin təmsilçiləri Sərkisyana pul verməyəcəklər”.

Politoloq bildirib ki, Petrosyan çıxışının müxtəlif hissələrində bir neçə dəfə Azərbaycan və Türkiyə ilə barışığın ölkəsi üçün həyati əhəmiyyətinə işarə edib.

“Petrosyan öz ölkəsinin deyil, müharibə vəziyyətində olduğu ölkənin liderinin daha məntiqli və məsələlərə rasional yanaşdığını düşünür. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə rasional yanaşan elə Prezident İlham Əliyevdir. Petrosyan da Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə üstünlük verir. Onun çıxışında Azərbaycan prezidentinin fikirlərini təsdiq edən məqam da az deyil. O, çıxışında təkcə müharibənin yox, hətta bu barədə söhbətlərin belə Ermənistan əhalisinin azalma prosesini getdikcə artırdığını deyib. Petrosyanın daha bir fikri bundan ibarətdir ki, demoqrafik vəziyyət elə bir acınacaqlı hal ala bilər ki, Ermənistan və Qarabağdan heç nə qalmayacaq və problem özü-özünə həll olunacaq. Bu, faktiki Prezident İlham Əliyevin “münaqişənin həlliylə bağlı zaman Azərbaycanın xeyrinə işləyir” yanaşmasının təsdiqidir. Petrosyanın çıxışının leytmotivi bundan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi həllində mərhələli planını qəbul etməsə, Ermənistan və Dağlıq Qarabağı faciəvi son gözləyir”.

Ermənistanda apreldə keçiriləcək parlament seçkisinə toxunan politoloq bildirib ki, hazırda erməni müxalifəti fəallığını artırır:

“Petrosyanın lideri olduğu Erməni Milli Konqresi də seçkiyə hazırlığa start verib. Mümkündür ki, əsas müxalifət partiyaların bloku formalaşsın. Çünki müxalifət parlament seçkisində uğur qazanmasa, Sərkisyan baş nazir kreslosuna əyləşəcək və hələ bir müddət də ölkəsini geri sürükləməkdə davam edəcək. Petrosyanın son çıxışı həm də o deməkdir ki, Sərkisyan növbəti ağır durumda eks-prezidentə bel bağlamaya bilər”.

Qeyd edək ki, Ermənistan Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyanın partiyasının qurultayında Ermənistanda irəli sürülən “ordu-xalq” ideologiyasının təhlükəli və iflasa məhkum olduğunu bildirib.

Tarix
2016.12.19 / 15:32
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla