Yuxarı

MKİ, Mİ6, Vatikanın inanılmaz Türkiyə - Planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MKİ, Mİ6, Vatikanın inanılmaz Türkiyə -

Türkiyəyə qarşı sonuncu müharibə başlayıb.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Əbdülrəhman Dilpakın “Yeni Akit” qəzetində dərc edilən köşəsində yer alıb. Rusiyanın Türkiyədəki səfirinin öldürülməsinə işarə edən yazar dünyada siyasi quruluşların dəyişəcəyini də bildirib. Onun fikrincə, artıq XX əsrdə imzalanmış razılaşmaları yenidən masa arxasında müzakirə etmək vaxtı yaxınlaşıb:

“Nəhayət ki, müharibə başladı. Doğrudur, bu, soyuq savaş olsa da, yenə də müharibədir. Bu, ən sonuncu savaşdır. Onun sonunda Tehran, Yalta, Potsdam, Lozanna, Sayks-Pikot, Balfor, Montrö, Ankara razılaşmalarının hamısı yenidən müzakirə ediləcək. Birinci Dünya müharibəsi Avstriya-Macarıstan imperatorluğunun vəliəhdi Frans Ferdinandın bir serb tərəfindən öldürülməsi ilə başladı. Əslində, İkinci Dünya savaşı da belə start götürmüşdü. Soyuq müharibə isə İkinci Dünya savaşının davamı idi.

SSRİ-nin dağılmasından sonra soyuq savaş bitmədi, sadəcə, formatını dəyişdi. Qırmızı təhlükənin yerini yaşıl təhlükə aldı. Təhdidin rəngi qırmızıdan yaşıla döndü. İslamofobiya, mülayim islam bu savaşın yeni taktiki ssenariləri içində olan quruluşları ifadə edirdi.

Böyük Yaxın Şərq Layihəsi çərçivəsində Türkiyəni öz siyasətlərinin əsas öndəri edib, onu ələ keçirməyi planlaşdırırdılar. Bizim vasitəmizlə islam dünyası tutulacaqdı. İlk olaraq 22 ölkənin sərhədi, rejimi və iqtidarları dəyişdiriləcəkdi. Bundan sonra islam coğrafiyası nəzarətlərinə keçəcək, sonra bütün dünyanı hədəfə alıb, yeni dünya nizamını formalaşdıracaqdılar. Bu işin arxasında MKİ, MOSSAD, Mİ6, Vatikan var idi. Təbii ki, Almaniya, mason lojaları və qlobal sərmayə də onlara yardımçı idi. 15 iyulda bu oyun pozuldu. Buna görə də xəyanət qrupu sonuncu hücuma başlayıb. Qorxudan nə edəcəklərini bilmirlər. BMT və NATO artıq çöküb. BVF, Dünya Bankı, Təhlükəsizlik Şurası, Beynəxalq Cinayət Məhkəməsi, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Birliyi, Afrika Birliyi gələcək üçün ümid vermir. Bundan sonra heç nə keçmişdə olduğu kimi olmayacaq”.

Tarix
2016.12.21 / 12:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla