Yuxarı

Bu gün parlamentdə büdcə müzakirələri başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün parlamentdə büdcə müzakirələri başlayır

Bu gün Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsinin müzakirəsinə başlanılacaq.

"Axar.az"ın xəbərinə görə, büdcə zərfinə daxil olan qanun layihələri müzakirələrinin noyabrın 12, 13, 14, 15-də davam edəcəyi gözlənilir.



İclasların gündəliyinə 6 məsələ daxildir. Bunlar "2014-cü il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında", "2014-cü il üçün yaşayış minimumu haqqında", "2014-cü il üçün ehtiyac meyarının həddi haqqında", "Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında" və "Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında" qanun layihələridir.


Məlumata görə, builki büdcənin investisiya xərcləri yüksək səviyyədədir. Təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrə ayrılan xərclər artıb. Təhsilin 12 faiz , səhiyyənin 14 faiz , elmin 15 faiz, mədəniyyət xərclərinin də bu civarda artması planlaşdırılır. Təhsilə ayrılan vəsaitin 1 milyard 653 milyon artırılacağı gözlənilir.


2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1,679 mlrd. manat proqnozlaşdırılır (anspress).

Tarix
2013.11.12 / 09:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

Somalinin "Somaliland" bölgəsinin tanınması... - XİN

Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...

Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı...

Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın

Kreml AZAL-a görə addım atmadı: Əgər sübutumuz varsa...

1891, ermənilərin milli geyimi bu cür olub - Foto

Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla