Yuxarı

Bu, dünya çempionatı yox, fəlakətdir - İran millisinin kapitanı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, dünya çempionatı yox, fəlakətdir - İran millisinin kapitanı

İran millisinin kapitanı Mehdi Taremi DÇ-2026-nın qrup mərhələsinin son turunda Misirlə 1:1 hesablı heç-heçədən sonra FİFA və turnirin təşkilatçılarını sərt tənqid edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu komandasının çempionat boyu logistika problemləri və dəstək çatışmazlığı ilə üzləşdiyini bildirib.

“Biz bununla bağlı ilk gündən şikayət edirik. Bu, dünya çempionatı deyil, fəlakətdir. Biz peşəkar futbolçularıq və peşəkar turnirdə çıxış edirik. Bu isə nə düzgün, nə də ədalətlidir. Əgər FİFA bunu ədalətli hesab edirsə, bu artıq onların problemidir. Bizə kim kömək etmək istəyir? Heç kim. Birinci oyundan sonra İnfantino paltardəyişmə otağımıza gəlib bütün problemlərin həll olunacağını dedi. Amma reallıqda FİFA heç nə etmədi”, - deyə Taremi bildirib.

Qeyd edək ki, İran millisi qrup mərhələsini 3 xalla başa vurub və hazırda ən yaxşı üçüncülər sırasından 1/16 finala yüksəlmək üçün digər qrupların nəticələrini gözləyir.

Tarix
2026.06.27 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla