Yuxarı

Dəhşətli məğlubiyyətə düçar olduq - İrəvandan etiraf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli məğlubiyyətə düçar olduq -

Ermənistan Prezidenti Serj Sərkisyan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmaq fikrindədir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda I Qarabağ döyüşçüsü Arkadi Karapetyan deyib.

Karapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın “güzəşt edilməsi” haqda dediyi sözləri şərh edərkən bildirib ki, Prezident Serj Sərkisyan da eyni düşüncədədir: “Ohanyan kimdir? Seyran Ohanyan və Serj Sərkisyan eyni ağacın meyvələridir. Sərkisyan da eyni şeyi istəyir”.

Keçmiş erməni döyüşçü Ermənistanın Azərbaycana məğlub olduğunu qeyd edib.

“Biz vaxtında ən dəhşətli məğlubiyyətə düçar olduq və indiyə qədər balansı bərpa edə bilmirik. Bu gün Azərbaycan xaricə silah satır, biz isə şəxsi ehtiyaclarımızı təmin edə bilmirik. Anlayırsınızmı problem nədədir? Bu gün Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində yalnız qarajlardakı "Kamaz"lar təmir olunur. Bu gülməlidir. Rusiya Azərbaycana silah satır, bizimlə isə "Kamaz" təmir edir. Bu bizi ələ salmaqdır”, - deyə o, Ermənistan ordusunun acınacaqlı vəziyyətinə diqqət çəkib.

A.Karapetyan Ermənistan ordusunun yeni müharibədə qalib gələ bilməyəcəyini vurğulayıb:

“Biz qalib sırasında olmaq üçün könüllü dəstələr yaratmalıyıq. Mən elə bu dəqiqə könüllü güclərin yaradılmasını istəyirəm. Çünki yeni müharibənin olması qaçılmaz görünür və biz əvvəldən nəsə etməsək, bu müharibədə məğlub olacağıq. Dəqiq bilmirəm, amma Müdafiə Nazirliyi bununla bağlı nəsə edir. Lakin işin daha genişmiqyaslı edilməsini istəyirəm”.

Tarix
2017.03.02 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla