Yuxarı

Dünya Xəbər Agentlikləri Londonda toplaşdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Xəbər Agentlikləri Londonda toplaşdı - Foto

Martın 6-da Londonda Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib.

İclasda Azərbaycanın Azərtac, Britaniyanın Press Association, Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA və İspaniyanın EFE agentliklərinin rəhbərləri və nümayəndələri, Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri, Press Association agentliyinin icraçı direktoru Klayv Marşal 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və Azərtac-ın birgə təşkilatçılığı ilə V Konqresin Bakıda yüksək səviyyədə keçirildiyini bildirdi, buna görə təşkilatçılara minnətdarlığını çatdırdı.

Azərtac-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda məruzə ilə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun və Azərtac-ın birgə təşkilatçılığı ilə keçirilən V Konqresin nəticələri barədə məlumat verdi.

Təşkilati məsələlərə toxunan A.Aslanov qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkdi. Bildirdi ki, Konqresin BMT və UNESCO tərəfindən tanınması üçün bu beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib, qeydiyyat ilə bağlı müzakirələr aparılmalıdır. Konqresin 13 il əvvəl qəbul edilən Nizamnaməsində ciddi dəyişikliklər olunmasının vacibliyini vurğulayan məruzəçi Bakı Konqresində Şuranın prezidenti və vitse-prezidenti postlarının yaradıldığını bildirdi, bu məsələnin də Nizamnaməyə əlavə olunmasının əhəmiyyətini diqqətə çatdırdı.

İclasda Aslan Aslanovun təklifi əsasında Nizamnamə üzərində işləmək və təklifləri toplamaq üçün qrup yaradıldı. Bu təkliflər Şuranın növbəti iclaslarında müzakirə ediləcək və Dünya Xəbər Agentliklərinin Sofiyada keçiriləcək VI Konqresində təsdiq olunacaq. Eyni zamanda, AzərTac-ın baş direktorunun təklifləri nəzərə alınaraq Şurada müxtəlif sahələr üzrə komissiyaların yaradılması barədə razılıq əldə olundu.

Şurada BTA agentliyinin baş direktoru, Konqresin baş katibi Maksim Minçev, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Şura prezidentinin müavini, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, FANA-nın baş katibi Fərid Əyyar, EFE agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo çıxış etdilər. İclasda Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq məsələləri, yeniliklərin tətbiqi, mövzular ətrafında müzakirələr aparıldı. Bolqarıstanın BTA agentliyi tərəfindən təşkil ediləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinin 2019-cu ilin iyununda keçirilməsi qərara alındı.

Növbəti Şura iclası bu ilin oktyabrında Sofiyada toplanacaq.

Tarix
2017.03.06 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla