Yuxarı

Ankara buna görə Rusiya ilə anlaşmağa çalışırdı, lakin…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara buna görə Rusiya ilə anlaşmağa çalışırdı, lakin…

Türkiyə və Rusiya prinsipial məsələlərdə çox iddialıdır. Hər iki dövlətin öz maraq və hədəfləri var. Bu dövlətlər Yaxın Şərqdən tutmuş Qafqazlara, Balkanlara qədər oturuşmuş ənənəvi siyasi baxışları olan iki böyük imperiyanın varisləridir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Ankaranın ruslarla PYD ilə bağlı razılaşmaya ümid etməsinin nəticəsi əvvəldən bəlli idi:

“Son günlərdə kürd qruplaşmalarının, sırf türk birləşmələrinin və onların dəstəklədikləri qüvvələrin nəzarətinə keçməsin deyə, Rusiyanın Menbiç istiqamətində bir neçə məntəqəni qəsdən Əsəd rejiminin nəzarətinə buraxması, əslində, çox mətləbdən xəbər verirdi. Kürd qruplaşmaları ilə Əsəd arasında əldə edilən razılaşmada Moskva önəmli halqadır və Ankara bunu bildiyindən Rusiya ilə anlaşmağa cəhd göstərirdi. Lakin Rusiyanın kürdlərlə bağlı bir əsrlik oturuşmuş siyasi keçmişi var. Bu zaman ərzində ruslar həmişə kürdlərlə və kürd siyasi hərəkatları ilə maraqlanıblar, dəstək veriblər. 19-cu əsrdən indiyədək kürd və erməni kartlarından türk faktoruna qarşı istifadə edən yalnız Qərb deyil. Bunun səbəbi isə şübhəsiz ki, kürdlərin məskunlaşdığı coğrafiyanın rus xarici siyasəti baxımından ciddi əhəmiyyət daşımasıdır. Kürdlərin yaşadığı torpaqlar Rusiyanın Yaxın Şərqə açılan qapısıdır. “Türk axını”nın vaxtaşırı gündəmə gəlməsi isə Qərbə təzyiq elementi kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da Moskvaya rəsmi səfərə gedib. Ankara PYD-nin Moskvadakı fəaliyyətlərinə son verilməsini istəsə də, tərəflər razılığa gələ bilməyiblər.

Tarix
2017.03.13 / 14:48
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla