Yuxarı

ADSEA-nın rəqəmsal xidmətləri “mygov”a inteqrasiya edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA-nın rəqəmsal xidmətləri “mygov”a inteqrasiya edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq “mygov” platformasında əlçatan olacaq. Görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.

Bu günədək Agentliyin 6 xidməti “mygov” platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir.

“Mygov” platformasında hazırda mövcud olan xidmətlər:

•​ Abonent məlumatlarının dəyişdirilməsi,

• ​Sayğac göstəricilərinin təqdim edilməsi və hesab-fakturanın formalaşdırılması,

•​ Rəqəmsal müraciət,

•​ Borcun araşdırılması üzrə müraciət,

•​ Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi (arayış),

• Su borcunun internet vasitəsilə ödənilməsi.

İnteqrasiyası davam etdirilən xidmətlər:

•​ Su sayğaclarının plomblanmasına (quraşdırılması və ya dəyişdirilməsi) dair müraciət,

•​ Su sayğaclarının təmiri və ya nasaz sayğacların dəyişdirilməsi müraciəti,

•​ Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət,

•​ Əhali qrupuna aid yeni istehlakçının qeydiyyata alınması,

• ​Abonentə aid məlumatların verilməsi (arayış),

• ​Su sayğaclarının quraşdırılması müraciəti,

•​ Su təchizatı və tullantı sularının axıdılması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti.

Qeyd edək ki, “mygov” bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir. “mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:

· LinkedIn

· Facebook

· Instagram Agentliyin fəaliyyəti və yenilikləri ilə bağlı məlumatları sosial şəbəkələr vasitəsilə də izləmək mümkündür:

• ​LinkedIn: https://www.linkedin.com/company/adsea-gov-az/

• ​Facebook: https://www.facebook.com/adsea.gov.az

•​ Instagram: https://www.instagram.com/adsea.gov.az

mygov

onelink.to

Tarix
2026.05.12 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla