Yuxarı

Məmmədyarov Zərifə məktub ünvanladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Zərifə məktub ünvanladı

Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubda ortaq tarixi, mədəni və dini dəyərlərə söykənən Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, dövlət başçıları arasında səfər mübadiləsi, iki ölkənin yüksək rəsmilərinin görüşləri, həmçinin regional və beynəlxalq forumlarda nümayiş etdirilən qarşılıqlı dəstəyin əlaqələrimizi əsaslı şəkildə gücləndirdiyini bildirib.

Nazir İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən mövqeyinə görə təşəkkürünü ifadə edib, Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında uğurlu əməkdaşlıq və səmimi qonşuluq, qarşılıqlı etimad və anlaşmaya söykənən Azərbaycan-İran qardaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif E. Məmmədyarova ünvanladığı məktubda ötən 25 il ərzində hər iki ölkə hökumətlərinin səyləri nəticəsində Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə nəzərəçarpacaq dərəcədə genişləndiyini qeyd edib. O, son illərdə iki ölkə prezidentləri arasında həyata keçirilən 7 səfər mübadiləsinin Azərbaycan və İranın ikitərəfli əlaqələri daha da genişləndirmək üzrə nümayiş etdirdikləri möhkəm iradənin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan və İran arasında dərin mədəni və tarixi bağlılığın mövcud olduğunu qeyd edən iranlı nazir ikitərəfli əlaqələrimizin hər iki xalqın maraqları və regionda davamlı sülhün yaradılması baxımından bundan sonra da genişlənməkdə davam edəcəyinə əminliyini ifadə edib.

Tarix
2017.03.17 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla