Yuxarı

On iki min könüllü hazırdır - Elçin Səfərov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
On iki min könüllü hazırdır - Elçin Səfərov

“Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi etdikdən iki il sonra IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə könüllü qismində yardımçı olmaq istəyən yerli gəncləri tapmaq daha asan oldu. On iki min könüllü iki həftədən də az müddətdən sonra açılış mərasimini, daha sonra IV İslam Həmrəyliyi Oyunlarını uğurlu şəkildə təşkil etməyə hazırdır.

Axar.az “Bakı-2017”nin rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

“Birinci Avropa Oyunları zamanı bu sahədə təcrübəmiz yox idi. Təhsil Nazirliyinə müraciət edərək Avropa Oyunlarının universitetlərdə təbliği işində bizə yardımçı olmağı xahiş etdik. Cəhdimiz uğurla nəticələndi və Bakıdan təqribən 25 min insan könüllü olaraq cəlb edildi. Lakin bu il bizim bu qədər vaxta və ya köməyə ehtiyacımız olmadı. Sentyabrda qeydiyyat prosesinə start verildi və yanvarın sonunadək isə könüllülərimizin sayı 20 minə çatırdı. Oyunlarda könüllülərin təkcə dörd min nəfəri iştirak edəcəkdi. Onlar növbəti həftə açılış mərasiminin təşkilinə yardımçı olacaqlar”.

Azərbaycan xalqının Oyunlarda iştiraka böyük həvəs göstərməsinə digər ölkələrin həsədlə baxdığını vurğulayan E.Səfərov bildirib: “Tərəfdaşlarımızdan bəzilərini (Türkmənistan və Belarus) belə bir sual maraqlandırmışdı ki, siz buna necə müvəffəq oldunuz və bu irsi necə qoruyub saxlamısınız? Zənnimcə, bunun əsas səbəbi könüllülərə göstərdiyimiz dəstəkdir. İkinci növbədə isə biz onların müraciətlərinə heç vaxt etinasız yanaşmamışıq. Könüllülər arasında tələbələr üstünlük təşkil edirlər və əylənmək onların haqqıdır. Ağacların əkilməsi və digər rayonlara baş çəkilməsi kimi yardımçı vəzifələrin icrasını həyata keçirən xüsusi komandamız var. Onların əksəriyyətinin fikrincə, komanda şəklində işləmək və birlikdə uğura imza atmaq tarix yazmağa bərabərdir. Yaş həddi 15-75 arasında dəyişsə də, könüllülərin əksəriyyəti gənclərdir.

Tarix
2017.05.03 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla