Yuxarı

Suriyadan olan erməni qaçqınlar Laçında - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyadan olan erməni qaçqınlar Laçında - Video

Ermənistan hökuməti işğalçılıq siyasətinin tərkib hissəsi olan saxta məskunlaşdırma siyasətini aparır.

Laçın şəhərində yerləşdirilən sakinlər Suriyadan gələn qaçqınlardır.

Paradoksa baxın ki, ermənilər də hər il mayın 18-ni Laçının əsarətdən azad olunması günü kimi qeyd edirlər. Saxta tarix, elə saxta da bayram təmtərağı ilə müşayiət olunur. 1994-cü ildən bu yana minlərlə erməni yaşamaq üçün məhz bu rayona göndərilib. İndi də Suriyadan olan erməni qaçqınlar Laçında yerləşdirilir. Babacanyan ailəsi də o cür ailələrdən biridir. Onlar burda çətin şəraitdə yaşadıqlarından gileylənirlər.

Maraqlıdır ki, 1994-cü ildə yaşamaq üçün Laçına gələn qadınlardan biri də, eyni şeydən gileylənir. Onun sözlərinə görə, onları bura köçürəndə Laçında kommunal problemlərin olmadığını bildirmişdilər. Amma illərdir ki, onlar çətin şəraitdə yaşayır, adi suyu belə tapa bilmirlər. O səbəbdən də Laçında yaşamaq istəyən könüllülər ən yaxşı halda Suriyadan gələn qaçqınlardır. Hətta, Ermənistan hökuməti şəhərdən bura pulsuz avtobus reysləri də təşkil etməklə, Laçında məskunlaşmağa diqqəti artırmaq istəyir. Bu gün Laçında, birində 150, digərində isə 120 şagirdin təhsil aldığı iki məktəb var. O məktəblərin şagirdləri üçün Laçın bütün çətin yaşayış imkanlarına rəğmən doğma yurd yeridir. Çünki, gözlərini burda dünyaya açıblar. Laçınlı ola-ola Laçınsız dünyaya göz açan bizimkilərdən fərqli olaraq. /ANS/

Tarix
2014.05.18 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla