Yuxarı

Bu rayonlara yağış yağıb – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlara yağış yağıb – Faktiki hava

Saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, yağıntının miqdarı Lerikdə 5, Lənkəranda 4, Quba, Astarada 3, Sədərəkdə 2, Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Zaqatala, Balakən, Şəki (Kişçay), Qəbələ, Qusar, Xaltan, Şabran, Tərtər, Yardımlıda 1 mm-dək qeydə alınıb.

Mayın 3-də gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 21 m/s-dək güclənib.

Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 27, Aran rayonlarında 24, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Tarix
2026.05.03 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla