Yuxarı

Putindən Əliyevə: Böyük planlarımız var...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən Əliyevə: Böyük planlarımız var...

23:42

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli İlham Heydər oğlu. Sizi bu dəfə Soçidə görməyimə çox şadam. İndicə bizim yeni “Sirius” təhsil mərkəzinin uşaqları ilə görüşdüm. Bu layihənin inkişafından çox şad oldum və Sizə böyük məmnuniyyətlə bu barədə danışacağam. Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam", - Putin söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində səfərin əhəmiyyətindən danışaraq görüşün inkişafa implus verəcəyini qeyd edib: "Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən də bizim yeni görüşümüzə çox şadam. Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var.

Ona görə bir daha Sizi görməyə çox şadam. Əminəm ki, bu görüşümüz də dostluq münasibətlərimizin inkişafına yaxşı impuls verəcək".

Tarix
2017.07.22 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla