Yuxarı

Bu qədər insafsıcza təhqir... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu barədə ötən il Milli Məclisdə də çıxış etmişdim və böyük tarixi, ədəbi şəxsiyyətlərimizə qarşı ciddi əsası olmayan, bu günün şərtlərindən baxaraq həmin dövrün dəyərli aydınlarına bir çox hallarda qərəzli yanaşmaların doğru olmadığını söyləmişdim. İndi də neçə gündür böyük Səməd Vurğun gündəmdədir.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. Millət vəkili Səməd Vurğunla bağlı iki-üç insanın ciddi əsası olmayan, bəzən tənqid dərəcəsini keçərək təhqirə çatan yanaşmalarını sərt tənqid edib:

“Gündəmə gəlmək üçün cəmiyyətdə tanınan və ya toplumun hörmət bəslədiyi biri haqqında ağzına gələni danışmaq yeni dəbdir. Son dönəmlər dünyadan köçən böyük şəxsiyyətlərə qarşı bu kimi hallar daha da çoxalıb. Əslində, baş verənlər Səməd Vurğunun nə qədər böyük bir şair olduğunu bilməyənlərə bir daha göstərdi. Çoxlu insan Səməd Vurğuna, onun yaradıcılığına, şəxsiyyətinə qarşı hücumlara qarşı etiraz səsini ucaltdı. Şairin böyüklüyü onda olur ki, onun yazdığı şeirləri partiyasından, ideologiyasından, siyasi və dini düşüncəsindən, milli kimliyindən asılı olmayaraq hər kəs oxuyur. Çünki onun yaradıcılığının, sözünün gücü insanlara hətta onun baxışlarını belə unutdurur. Səməd Vurğun hər zaman sevilən şair olub və olacaq. Onun şeirlərini də zövqlə oxuyan oxucu üçün isə kimlərinsə onun haqqında əsassız ittihamlarının mənası belə olmayacaq. Nə qədər Azərbaycan var, “Azərbaycan” şeiri hər zaman ən sevilən olacaq, dillərdən düşməyəcək. Səməd Vurğun elə bir şairdir ki, onu Lənkəran, Şəki, Şamaxı, Quba, Bakı, Təbrizdə də Qazaxdakı qədər sevirlər.

Hansısa şairi sevib-sevməmək, bəyənib-bəyənməmək olar, bu, zövq məsələsidir. Tənqid də etmək olar, ancaq bu qədər insafsızca təhqirə çatan şəkildə yox. Tarixə və şəxsiyyətlərimizə bu günün şərtlərindən yanaşmaq, onlarla bağlı bir çox hallarda tənqid adı ilə təhqirlərə yol vermək düşmən dəyirmanına su tökməkdir. Bu şəxsiyyətlər bu millətin övladıdır. Hər şeyi söyləməyin bir üslubu var.

Səməd Vurğun böyük şairimizdir, nur içində yatsın”.

Tarix
2017.08.06 / 10:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla