Yuxarı

Elmar Məmmədyarov iclas iştirakçılarını qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib.

Axar.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, E. Məmmədyarov müstəqilliyini əldə etməsindən sonra Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətləri haqqında ətraflı danışıb.

Azərbaycanın uğurlu enerji siyasətindən bəhs edən nazir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin əhəmiyyətinə toxunub və yeni inşa ediləcək Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu acı fəsadlar barəsində məlumat verən E. Məmmədyarov Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu və işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən yerli Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib. O, münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüşdə nazir Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tarix
2014.06.02 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla