Yuxarı

Strasburqda bayrağımız yığışdırıldı - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Strasburqda bayrağımız yığışdırıldı - Şok

"Kimlərinsə təzyiqi ilə Strasburqda yerləşdirilən reklam bannerlərinin və meriyanın qarşısından Azərbaycan bayrağının çıxarılması Avropanın və Avropa Şurasının prinsiplərinə ziddir".

Bu sözləri Axar.az-a millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Asim Mollazadə AŞ-nin Nazirlər Komitəsinə Azərbaycanın sədrliyinin başlaması ilə bağlı Strasburqda yerləşdirilmiş reklam bannerlərinin yığışdırılması məsələsinə aydınlıq gətirərkən dedi.

A.Mollazadə problemin hələlik nədən qaynaqlandığı barədə məlumatsız olduğunu bildirdi:

"Bilmirəm orada nə baş verib və səbəblər nədir. Ancaq belə bir hal təbii ki, qəbuledilməzdir. Çünki Azərbaycan özünü tanıtmaq, Avropa Şurasında sədrliyin başlaması münasibətilə Strasburqda müvafiq tədbirlər planlaşdırır. Ancaq kimlərinsə təzyiqi ilə bütün bunlara qarşı çıxmaq mənə elə gəlir ki, Avropanın və Avropa Şurasının prinsiplərinə ziddir".

Qeyd edək ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin başlaması ilə bağlı Strasburqda yerləşdirilmiş reklam bannerləri yığışdırılıb. AŞ NK-ya sədrlik edən ölkə Strasburq küçələrində bannerlər yerləşdirmək, reklamlar asmaq hüququ qazanır və özünü tanıtmaq üçün təbliğatdan istifadə edir. Azərbaycanın sədrliyə başlaması ilə də hazırlıqlar adi qaydada aparılıb. Mayın əvvəlində Strasburq meriyasının qarşısında Azərbaycan bayrağı qaldırılıb. Lakin bir müddət sonra bayraqlar və bannerlər yığışdırılıb. Səbəb kimi isə AŞ PA-nın Bakıda keçirilən toplantısına qatılan Fransa nümayəndə heyətinin üzvü, assambleyanın vitse-prezidenti Rene Rukeyə Azərbaycanın viza verməməsindən doğan gərginlik göstərilib. "Virtualaz.org"un məlumatına görə, viza verilməməsini Azərbaycan onun daha əvvəl işğal altındakı Azərbaycan ərazilərində səfərdə olması ilə əsaslandırıb.

Tarix
2014.06.12 / 12:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla