Yuxarı

Hüquq müdafiəçisi admiralın istintaqına çağırıldı – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüquq müdafiəçisi admiralın istintaqına çağırıldı – Özəl

Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov rəsmi olaraq Hərbi Prokurorluğa dəvət olunub.

Axar.az xəbər verir ki, Bəxtiyar Məmmədova artıq vitse-admiral Şahin Sultanovun istintaq işində ifadə vermək üçün bildiriş göndərilib. Onun ifadəsinin alınmasından sonra vitse-admiral Şahin Sultanovun istintaqında mühüm irəliləyişlərin olacağı gözlənilir.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 2011-ci ildə sabiq Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun ərizəsi əsasında həbs olunmuşdu. Şahin Sultanov öz müraciətində hüquq müdafiəçisini ondan 18 min avro tələb etməkdə ittiham etmişdi. Məhz bundan sonra ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.3 (güc tətbiq etməklə pul tələb etmək) və 178.1 (fırıldaqçılıq) maddələri ilə ittiham irəli sürülmüşdü. Hüquq müdafiəçisi bu ittihamları rədd etmişdi. O, vitse-admiralı "Avroviziya" musiqi yarışması ərəfəsində Bayraq Meydanı ətrafındakı evlərin söküntüsü üçün dövlətdən aldığı 2 milyon manatı qanunsuz mənimsəməkdə ittiham etmişdi. Həmin dövrdə ərazidə yerləşən hər bir ailənin mənzili üçün 10 min AZN ödəmişdi.

Onu da xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Tarix
2014.06.12 / 15:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı

Diqqət: Azərbaycanlılar bu müharibəyə cəlb edilir

Sənan Şahbəndəyev işdən çıxarıldı

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla