
Baş nazir mühüm qərar imzaladı
20:08
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı onu işğal olunmuş konflikt zonasında girov götürülmüş jurnalist və fəalları azad etməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Svyatoslav Çeqolko Feysbuk səhifəsində yazıb.
"Ukrayna prezidentinin sülh planının həyata keçirilməsi ilə bağlı danışıq aparılıb. Ukrayna və Rusiya prezidentləri atəşkəsin əldə edilməsi və monitorinqin keçirilməsi istiqamətində ilkin prioritetləri müzakirə ediblər", - deyə Çeqolko bildirib.
Qeyd edək ki, bu, Ukrayna və Rusiya prezidentlərinin ikinci telefon danışığıdır.
Tarix
2014.06.18 / 10:56
|
Müəllif
Anar Əhmədov
|