Yuxarı

“Jurnalisti həbs etmək Prezidentin iradəsinə zidd getməkdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Jurnalisti həbs etmək Prezidentin iradəsinə zidd getməkdir”

"Azərbaycanda doğrudan da diffamasiyaya görə həbs olunan jurnalist yoxdur".

Axar.az xəbər verir ki, bu sözləri media hüququ üzrə ekspert Ələsgər Məmmədli Prezident İlham Əliyevin bu gün Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı "Azərbaycanda diffomasiyaya görə heç bir jurnalist həbsdə deyil" sözlərinə münasibət bildirərkən dedi. Müğənni Mətanət İsgəndərlinin "Aznews.az" xəbər portalının Baş redaktoru Elçin Zahiroğlu və portalın əməkdaşı İntiqam Valehoğlunu CM-nin 147 və 148-ci maddələri ilə həbs etdirmə istəyi və məhkəmənin buna münasibətinə toxunan Ə.Məmmədli vurğuladı ki, müğənninin iddiası ilə jurnalistin həbs olunma ehtimalı Prezidentin iradəsinə qarşı çıxmaqdır:

"Azərbaycan İnsan Hüquqları Məhkəməsinə 2002-ci ilin 15 aprelində qəbul edilib və bu çərçivədə ifadə azadlığının qorunması məsələsində Avropa Məhkəməsi qərarlarının Azərbaycanda hüquqi qüvvəsi var. 2007 və 2010-cu illərdə Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı iki məhkəmə qərarı olub. Hər iki qərarda Avropa Məhkəməsi 10-cu maddənin pozulduğu qənaətinə gəlmişdi və Azərbaycan hökumətinə tövsiyə etmişdi ki, ifadəyə və fikrə görə Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələrin - böhtan və təhqir - cinayət maddəsi kimi qalmasın və tətbiq olunması ləğv edilsin.

Buna görə də Azərbaycan 2010-cu ildən məhkəmələrdə qeyri-rəsmi olaraq 147 və 148-ci maddələrin tətbiq olunmasına qarşı monitorinqlər fəaliyyətə başladı.

Bu gün 147 və 148-ci maddələrlə həbsdə olan jurnalist yoxdur. Bu baxımdan Prezident həqiqəti deyib və Azərbaycan hakimiyyətinin iradəsini ifadə edib".

Qeyd edək ki, müğənni M.İsgəndərli Nərimanov Məhkəməsinə xüsusi ittham qaydasında müraciət edərək, barəsində yazılan "narkoman" ifadəsinə görə hər iki jurnalistin (Cinayət Məcəlləsi. maddə 147.1) həbsini tələb edib. Sabah Nərimanov Məhkəməsində sözügedən jurnalistlərə qarşı qaldırılmış iddia üzrə növbəti proses keçiriləcək. Məlumata görə, bundan əvvəlki məhkəmə proseslərində iddiaçı tərəf jurnalistlərin həbsində maraqlı olduğunu gizlətməyib və öz mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb. Bu isə qarşıdakı prosesdə jurnalistləri ciddi təhlükə gözlədiyi barədə ehtimallara yol açıb.

Tarix
2014.06.24 / 18:47
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla