Yuxarı

Mətanət İsgəndərlinin məhkəməsi təxirə salındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətanət İsgəndərlinin məhkəməsi təxirə salındı

"Qarşı tərəf başqa qəzetləri də məhkəməyə verib".

Bu sözləri Axar.az-a vəkil Elçın Sadıqov "Aznews.az" xəbər portalının Baş redaktoru Elçin Zahiroğlu və portalın əməkdaşı İntiqam Valehoğluna qarşı CM-nin 147 və 148-ci maddələri ilə qaldırılmış məhkəmə prosesi barədə məlumat verərkən bildirdi.

Onun sözlərinə görə, məhkəmə qarşı tərəfin istəyinə görə təxirə salınıb:

"Məhkəmə təyin olunmuş vaxtda baş tutdu. Lakin biz danışa bilmədik, çünki məhkəmə təxirə salındı. Məhkəmənin növbəti iclası iyun ayının 30-u saat 11:30-a təyin olundu".

Vəkilin sözlərinə görə, məhkəmə qarşı tərəfin qaldırdığı daha bir iddianı ləğv edib:

"Qarşı tərəfin məhkəmənin başqa bir vaxta keçirilməsini istəməsinin səbəbi onların başqa qəzetlərlə olan məhkəmə davasıdır. Məhkəmədə Mətanət İsgəndərlinin özü də iştirak edirdi. O, çıxışında başqa qəzetlərdə də onun əleyhinə yazıların getdiyini dedi. Lakin hakim onun bu iddiasını təmin etməyərək bunun başqa mövzu olduğunu bildirdi".

Məsələ ilə bağlı Mətanət İsgəndərli ilə əlaqə qurmağa çalışsaq da, müğənni heç bir açıqlama verməyərək telefonu qapadı.

Xatırladaq ki, M.İsgəndərli Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək, barəsində yazılan "narkoman" ifadəsinə görə sözügedən jurnalistlərin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə həbsini tələb edir.

Tarix
2014.06.25 / 15:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla