Yuxarı

“Azadlıq qəzeti ona görə yardım ala bilmir ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azadlıq qəzeti ona görə yardım ala bilmir ki…”

"Azadlıq" qəzetinə KİVDF tərəfindən maliyyə yardımı ayrılmamasının səbəbini qəzetin özündə axtarmaq lazımdır. Onlar bizə heç bir layihə təqdim etməyiblər. Ona görə də onlara bu il heç bir yardım ayrılmayıb".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli "Azadlıq" qəzetinin KİVDF-nin qəzetlərə ayırdığı maliyyə yardımından kənarda qalması ilə bağlı sualları cavablandırarkən dedi. Fond rəhbəri əlavə etdi ki, bütün müraciətlərə baxılıb və dəyərləndirilib:

"Bizə layihə ilə müraciət edən qəzetlərin 2-si istisna olmaqla, hamısına maliyyə yardımı ayırmışıq. Həmin 2 qəzetin də kənarda qalması lazım olan sənədləri düzgün təqdim etməməsinə görə baş verib. "Azadlıq" qəzeti isə əvvəlki illərdən fərqli olaraq, bu il heç bir layihə ilə müraciət etməyib".

Xatırladaq ki, KİV DF bir sıra qəzetlərə maliyyə yardımı ayırsa da, "Azadlıq" qəzetinə əvvəlki illərdən fərqli olaraq bu il yardım ayrılmayıb.

Tarix
2014.06.27 / 21:20
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla