Bu gün Azərbaycan Diplomaik Akademiyasinda (ADA)
Azərbaycan İtaliya Assosiasiyasının təsis yığıncağı və "Via della
Seta - İpək yolu" jurnalının təqdimat mərasimi
keçirilib.
Azərbaycan İtaliya Assosiasiyasıının birgə nəşri olan jurnal barədə
jurnalistlərə açıqlama verən millət vəkili Azər Kərimov jurnalın
yaranma səbəbindən danışıb:
"Azərbaycan Respublikası və İtaliya Respublikası arasında olan
münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici
siyaəsti nəticəsində yüksək nöqtəsinə çatıb. Bu münasibətlərin
inkişafında bütün dünyada olduğu kimi, İtaliya Respublikasında da
millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun Azərbaycan tarixninin, mədəniyyətinin Azərbaycan
reallıqlarının, Azərbaycan incəsənətini tanıtmaq istiqamətində
fəaliyyətin xüsusilə qeyd etmək istərdim.
Biz də Azərbaycan İtaliya parlamentlərarası dostluq qrupu olaraq,
bu münasibətlərin inkişafına öz töhfəmizi vermək üçün Azərbaycan
İtaliya Assosiasiyasını təsis etdik. Bir il bundan əvvəl isə iki
dildə çıxan bir dərgi dərc etdik. Bu gün də bura toplaşmağımıızn
əsas məqsədi Azərbaycan İtaliya Assosiasiyasının "Via della Seta -
İpək yolu" jurnalının təqdimatıdır.
"İpək yolu" jurnalı ildə 4 dəfə dərc olunacaq. Bu ilki nəşrin
miqyası 3000 ədəddir.
İyulun ayının 15-də gələn nömrəmiz dərc olunacaq. İkinci
buraxılış isə 4000 ədəd nəzərdə tutulub. Bu nömrənin 1500 ədədi
İtaliyada, 1500-ü isə Azərbaycanda yayılıb".
Jurnalda toxunulacaq mövzulara gəlincə millət vəkili bildirib:
"Jurnalın ilk nömrəsini diqqətlə izləsəniz, görəcəksiniz ki,
bizim assosiasiyanın son bir ildə İtaliyada keçirdiyi tədbirlər
haqqında məlumatlar verilib. Təbii ki, Azərbaycanın ən ağrılı yeri
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, Xocalı faciəsi
haqqinda bu jurnalda geniş faktlar öz əksini tapıb. Burada Roma
şəhərində keçirilən müvafiq tədbirlər barəsində də ətraflı məlumat
verlir. Bütün bu bir ilə nəzər yetirsəniz, bu tədbirlərin necə
əhəmiyyətli olduğunu görərsiniz.
Ötən il qaçqın və məcburi köçkün ailələrindən olan gənclərin
İtaliyada 15 günlük tətili təşkil edilmişdi. İtaliyanın təarixi,
mədəniyyəti ilə tanış olmuş, bələdiyyələri ilə görüşmüş, hətta
istirahətə də vaxt tapmışdılar. Onlar məşhur futbolçu Tottinin
futbol klubunda futbol oynayıblar. Bundan başqa İtaliya-Azərbaycan
gənc rəssamların birgə sərgilərini təşkil etmişik. Turizm forumu
keçirilib. Bir sözlə, bu dərginin məqsədi hər iki
assosiasiyalarının birgə fəaliyyətini həm nəticələrini, həm
məzmununu ictimaiyyətə çatdırmaqdır".
Qarşıdan gələn 6 ay ərzində qarşılıqlı işgüzar əlaqələrin
dərinləşdiriləcəyini deyən Azər Kərimov gələcək planların
çoxluğundan danışıb. O, bildirib ki, bunlardan ən vacibi 2014-cü
ilin noyabr ayında İtaliyanın Roma şəhərində müxtəlif millətlərin
və dini təriqətlərin birgə yaşayışına həsr olunmuş "Azərbaycan:
multikultiralizm və tolerantlıq nümunəsi" mövzusunda beynəlxaql
konfransın keçirilməsidir: "Bundan başqa qış aylarında da məcburi
köçkün uşaqlarının İtaliyada tətilini təşkil etmək istəyirik.
Bunula yanaşı, Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərini italiyan
dilinə tərcümə etməliyik. Həmçinin 2014-cü ilin sonunda İtaliyanın
Roma şəhərində Azərbaycan film festivalının keçirilməsi nəzərdə
tutulur. Film festivalı 3 hissədın ibarət olacaq. Belə ki, tarixi,
sənədli və cizgi filmlərinin nümayişi baş tutacaq. İtaliyanın Roma,
Baloniya, Niyapol şəhərlərində Vaqif Mustafazadənin xatirəsinə həsr
olunmuş Azərbaycan caz musiqi festivalının keçiriləcək".
Publika.az