Yuxarı

Millət vəkili erməni mediasına erməni təhdidindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili erməni mediasına erməni təhdidindən danışdı

"Azərbaycanın təhlükəsizliyinə Ermənistandan daha təhdidedici heç bir şey yoxdur".

Axar.az xəbər verir ki, bu sözləri politoloq Rasim Musabəyov "Arminfo" saytına açıqlamasında deyib. O, son günlər Azərbaycanda dini qrupların fəaliyyətində fəallığın müşahidə olunduğunu bildirib:

"Azərbaycan bütün sərhədyanı ölkələrlə xoş qonşuluq münasibətləri qurmağa çalışır. Rusiya ilə biz sərhədlərimizin delimitasiyasını həyata keçirmişik. İranla sərhəd isə Sovet dövründən müəyyənləşdirilib. İran və Türkmənistanla Xəzərdə olan bəzi məsələlər danışıqlar vasitəsilə həll edilir. Qlobal və regional güclərin Azərbaycanı öz təsir dairələrinə salmaq cəhdləri yürüdülən balanslı siyasət kursu nəticəsində tam neytrallaşdırılır. Bunun da nəticəsində müstəqilliyini saxlayır və "forpost", yaxud peyk olmaqdan özünü qoruyur. İslami cihad qruplarına gəlincə isə son günlər həqiqətən onlar tərəfindən təhdid artıb. Lakin Azərbaycanın xüsusi xidmət orqanları situasiyanı tam nəzarətdə saxlayırlar. Azərbaycan Rusiya ilə dağ relyefin və Samur çayı ərazisindən ölkəyə daxil olmaq istəyən ekstremist qrupların zərərsizləşdirilməsi işində qarşılıqlı əməkdaşlıq edir. Biz həmçinin Türkiyə, İsrail və ABŞ-la da bu sahədə qarşılıqlı əməkdaşlıq edirik. Azərbaycanın xüsusi xidmət orqanlarının uğurunun bariz nümunəsi odur ki, son illər ərzində həmin qruplar ölkə ərazisində bir dənə də olsun terror aksiyası keçirə bilməyiblər".

Tarix
2014.06.28 / 12:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla