Yuxarı

“Jurnalisti bu cür mühakimə etmək yolverilməzdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Jurnalisti bu cür mühakimə etmək yolverilməzdir”

"Faktlara görə hərəkət edəcəyik".

Bu sözləri Axar.az-a Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli "Aznews.az" xəbər portalının baş redaktoru Elçin Zahiroğlu və portalın əməkdaşı İntiqam Valehoğluna qarşı CM-nin 147 və 148-ci maddələri ilə qaldırılmış məhkəmə prosesi barədə danışarkən dedi.

Prosesdə iştirak edən tanınmış jurnalist məhkəmə prosesinə münasibət bildirərkən, hakimin qərəzinə də toxundu:

"Hakimin qərəzli mövqeyini orda iştirak edən bütün həmkarlarımız təsdiqləyə bilər. Bariz nümunəsi sizin əməkdaşınıza qarşı oldu. Jurnalistin əlini qaldırıb söz istəməsini hakim isterika ilə qarşıladı. Əgər orada söz demək qadağandırsa, bunu hakim normal şəkildə deməli idi, bu, onun vəzifə borcudur. Amma hakim iclası pozan şəxsi prosesdən uzaqlaşdırmaq kimi səlahiyyətindən sui-istifadə etməklə, növbəti qərəzini, tərəfkeşliyini ortaya qoymuş oldu. Mən bu hadisəni jurnalistə qarşı tətbiq olunan böyük kobudluq kimi qiymətləndirirəm".

Liqa sədri qeyd etdi ki, hər hansı qərar vermək üçün hələ tezdir:

"Jurnalistlərlə məhkəmə çəkişmələri adətən jurnalistlərin qələbəsi ilə bitir. Bu ondan irəli gəlir ki, jurnalist peşə fəaliyyətinə görə, ictimaiyyəti informasiya ilə təmin etmək kimi vəzifəsinə görə bu statusa malikdir. Bu, Avropa və digər inkişaf etmiş ölkələrdə də belədir. Mən bu məhkəmə iddiasının da perspektivini görmürəm. Çünki qarşı tərəf xüsusi ittiham qaydasında şikayət verərək, xəbərə görə jurnalistlərin həbsini istəyir. Xəbərə görə isə - hətta o xəbər yanlış olsa belə - Azərbaycanda jurnalist həbs olunmur".

Tanınmış jurnalist məhkəmənin növbəti proseslərində də həmkarlarının yanında olacağını bildirdi:

"Ümid edirik ki, işin sonuna kimi orada bir çox həqiqətlər üzə çıxacaq. Əgər həmkarımızın Mətanət xanıma qarşı qanun pozuntusu olubsa da, bu, jurnalistin həbsi ilə yekunlaşmayacaq. Əgər jurnalistin qarşı tərəfə ziyan vurduğu sübut olunarsa, bu da onun ekvivalenti ilə ödənilməlidir. Məhkəmənin növbəti proseslərində faktlar ortaya qoyulacaq. Biz də bu faktlara görə hərəkət edəcəyik. Bütün hallarda isə həmkarlarımızı sona qədər müdafiə edəcəyik. Çünki iddianın xüsusi ittiham qaydasında irəli sürülməsi olduqca səhvdir və ATƏT NK-ya sədrlik dönəminə başlayan Azərbaycan kimi bir ölkədə bu məhkəmə prosesinin xüsusi ittiham qaydasında aparılmasının özü belə qəbuledilməzdir".

Xatırladaq ki, müğənni M.İsgəndərli Nərimanov Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək, barəsində yazılan "narkoman" ifadəsinə görə sözügedən jurnalistlərin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə həbsini tələb edir.

Tarix
2014.07.01 / 14:08
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla