Yuxarı

Şok: Türkiyə ərazisinin bir hissəsini kürdlərə bağışlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Türkiyə ərazisinin bir hissəsini kürdlərə bağışlayır

"Türkiyə İraqın süqutunu qəbul edəcək, amma yalnız kürd ambisiyalarının öz ərazisinə daxil olmaması şərti ilə buna razılıq verəcək".

Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analitiki Naira Ayrumyan çıxış edib.

O, Türkiyənin öz torpaqlarını qorumaqdan ötrü ərazisinin bir hissəsini güzəştə gedəcəyini söyləyib:

"İraq faktiki olaraq üç yerə parçalanır. Ona görə də Türkiyə kürd və sünni liderləri ilə danışıqlara tələsir. Türkiyə İraqın süqutunu qəbul edəcək, amma yalnız kürd ambisiyalarının öz ərazisinə daxil olmaması şərti ilə buna razılıq verəcək. Aydındır ki, Türkiyədə keçiriləcək seçkilər İraqın parçalanması və Kürdüstan dövlətinin yaranması ilə eyni vaxta düşəcək. Bəs Türkiyənin əraziləri yeni kürd dövlətinin tərkibinə daxil olacaqmı? Bu bəzi analitiklər tərəfindən istisna edilmir.

Türkiyə parlamenti artıq Öcalanla danışıqlar üçün fəaliyyətə başlayıb. Buradan belə anlamaq olar ki, Birinci Dünya Müharibəsindən 100 il sonra Türkiyə özünü qorumaqdan ötrü ərazisinin bir hissəsini kürdlərə verə bilər. Amma bir şey var: Türkiyə Kürdüstana Qərbi Ermənistanı da (ermənilər hələ də Türkiyənin şərq vilayətlərini "Böyük Ermənistanın" tərkib hissəsi hesab edirlər – red.) bağışlayacaq. Region dəyişir. Türkiyə diplomatiyası hadisələrə yetişə bilmir. İraqın parçalanması regional partlayış üçün detonator rolunu oynaya bilər və Ankara ilə Moskva bundan xeyli ziyan görəcəklər".

Tarix
2014.07.02 / 13:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla