Yuxarı

İlham Əliyevin Brüssel səfəri başa çatdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəlib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlətimizin başçısını salamlayıblar.

Sonra Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası olub.

Prezident İlham Əliyev sessiyada çıxış edib.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. “Şərq tərəfdaşlığı” Azərbaycan da daxil olmaqla Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiribər.

Artıq Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlərin isə məhz Brüssel Sammitində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdu.

Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası başa çatandan sonra birgə foto çəkdirilib.

Sonda dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.

Bununla da Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çatıb.

Tarix
2017.11.24 / 20:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla