Yuxarı

Aynur Camalqızı: "Bunu zaman diktə edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aynur Camalqızı: "Bunu zaman diktə edir"

Azərbaycandakı internet televiziyaları sırasına daha biri daxil olur.

Modern.az-a açıqlama verən "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı sentyabr ayında açılacaq yeni televiziyanın fəaliyyət istiqamətlərindən danışıb:

"Hazırda ofisdə ustalar işləyir, televiziya aparatları quraşdırılır. Yəqin ki, sentyabr ayından fəaliyyətə başlayacağıq. İstəyirik ki, texniki işləri qurtaraq, sonra işçiləri toplayaq. İşçi heyətini təxmini müəyyənləşdirmişik, şifahi danışıqlarımız olub, amma tam rəsmiləşdirilməyib. Aralarında kifayət qədər tanınmış telejurnalistlər var, amma onların adlarını və televiziyanın rəhbərinin kimliyini inşallah sentyabrda bəyan edəcəyik".

Aynur Camalqızı televiziyanın adı ilə bağlı bir neçə variant olduğunu deyib:

"Teleqraf TV", "Publika TV" və s. Amma dəqiq qərar verməmişik, hələ düşünürük".

Maraqlıdır ki, yeni internet TV-nin təsisçisi insanların internetdə saatlarla verilişlərə baxmağa, qulaq asmağa vaxtı-həvəsinin olmamağını bilir:

"Ona görə də televiziyamız xəbər televiziyası olacaq. Yayım qrafikini hələ tam dəqiqləşdirməmişik. Bunlara sentyabrda qərar verəcəyik. Televiziya fasiləsiz də, gecə saat 12-yə qədər də yayımlana bilər. Bunun qərarını potensialımızı tam müəyyənləşdirəndən sonra verəcəyik".

A.Camalqızının sözlərinə görə, digər internet televiziyalarla aralarında olacaq rəqabətdən qorxmurlar:

"İnternet televiziyanın yaranmasını zaman diktə edir. Artıq klassik televiziyalar öz aktuallığını itirib. Şəxsən mən özümdən götürüm ki, bir ildən çoxdur televiziyalara baxmıram. Mənə lazım olan informasiyanı internet vasitəsilə - sosial şəbəkələrdən, onlayn mediadan alıram. O üzdən də düşünürəm ki, işləyən, bütün gününü ofisdə, iş rejimində keçirən insanların klassik televiziyalara baxmağa imkanı yoxdur və həmin auditoriyanın marağında olan bir televiziyaya ehtiyac var. Biz rəqabətdən qorxmuruq. İki il öncə qəzet açanda, saytlarımız fəaliyyətə başlayanda da kifayət qədər qəzetlər, saytlar var idi. Amma zaman göstərdi ki, biz rəqabətə davam gətirə bildik və uğurlar əldə etdik. İnşallah, internet TV də fəaliyyətə başlayanda öz imkanlarımızı, potensialımızı göstərə biləcəyik".

Holdinq rəhbəri onu da bildirib ki, internet TV-nin işçiləri arasında gənclər üstünlük təşkil edəcək:

"Təbii ki, biz işçini seçəndə onun yaşına yox, təcrübəsinə, qabiliyyətinə, istedadına daha çox önəm veririk. Amma düşünürəm, jurnalistika elə bir sahədir ki, burada futbol kimi təcrübə, istedadla yanaşı, yaşın da çox böyük önəmi var. Ona görə də təbii ki, seçimimizdə gənclərə üstünlük verəcəyik".

Tarix
2014.07.14 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla