Yuxarı

AZAL şefinin yaxını niyə həbs olunub? - Şok iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AAAF Park" yaşayış kompleksində aparılan yoxlamaların nəticəsi olaraq "AAAF İnşaat" MMC-nin baş direktoru Tofiq Heydərov saxlanılması ilə bağlı daha bir iddia ortaya atılıb.

Axar.az-a daxil olan məlumata görə, T.Heydərov Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinə aparılıb. Xatırladaq ki, Vergilər Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları "AAAF Park" yaşayış kompleksində yoxlamalar aparıb və həbs həmin yoxlamaların ilkin nəticəsi olaraq gerçəkləşib. AZAL prezidenti Cahangir Əsgərovun yaxın çevrəsinə daxil olduğu iddia edilən T.Heydərovun vergi cinayətinə görə tutulduğu bildirilir.

Axar.az-ın əldə etdiyi məlumata görə, iş adamının 10 milyon manat vergi borcu var. Sözügedən həbsin Azərbaycan üçün qeyri-ənənəvi dini cərəyanlara yaxınlığı ilə seçilən, xüsusən radikal vəhhabiliyə meyl edən dini qruplaşmaların maliyyə qaynaqlarının nəzarət altına alınması məqsədi ilə həyata keçirildiyi də bildirilir.

Qeyd edək ki, Tofiq Heydərovun Abşeron rayonunda yuxarıda adı çəkilən dini qruplaşmanın önəmli şəxslərindən biri olduğu iddia edilir. Bir neçə ay öncə Abşeron Rayon İcra Hakimiyyətində iş adamlarının iştirakı ilə toplantı keçirilmiş və vəhhabiliyə meyilli olan iş adamlarına bəzi xəbərdarlıqlar edilmiş, onların üzərinə bir sıra məsuliyyətlər qoyulmuşdu. Görünür, bu tədbirlər yetərli olmayıb və daha sərt addımlara zərurət yaranıb.

Cahangir Hacıyevlə T.Heydərovun yaxınlığı aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olması ilə izah olunur. Vaxtilə "Bakı Quşçuluq" ASC-nin yerləşdiyi bu ərazinin sonradan şübhəli yollarla özəlləşdirildiyi, həmçinin C.Hacıyevin bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verdiyi də söyləntilər arasındadır.

Xatırladaq ki, "Sevil" yaşayış massivi kompleksinin sahibinin də qeyri-ənənəvi dinə bağlı olduğu, hətta vəhhabilər üçün ayrıca məscid tikmək üçün İŞİD terror qruplaşmasından hesabına külli miqdarda maliyyə vəsaiti daxil olduğu və həbsinin də bu səbəbə görə reallaşdığı barədə də iddialar yayılıb.

Tarix
2014.07.27 / 11:00
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla