Yuxarı

ABŞ-ın ittiham elan etdiyi Ceyhun Aslanov kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ABŞ Ədliyyə Nazirliyinin ittiham elan etdiyi 13 rusiyalı arasında Ceyhun Nəsimi oğlu Aslanovun adı xüsusi diqqət çəkir. “Cey Aslanov” kimi də tanınan Ceyhun Aslanov kimdir?

Axar.az xatırladır ki, Ceyhun Aslanovun adı ötən ilin oktyabrında gündəmə gəlmişdi. RBK jurnalı genişmiqyaslı araşdırmadan sonra Feysbuk, Tvitter və İnstaqramda ABŞ-dakı seçkiyə müdaxilə edən 118 hesabı müəyyən etmişdi.

İddiaya görə, bu akkauntların hər biri avqust-sentyabr aylarında qapadılmışdı. Jurnal bu hesabların Sankt-Peterburqun Savuşkina küçəsində yerləşən 55 nömrəli evdən idarə olunduğunu, Tvitterdə yaradılan 50 hesabdan 36-sının +7 (Rusiyanın telefon kodu – red.) prefiksi ilə qeydiyyatdan keçdiyini yazmışdı.
ABŞ-da “Trol Fabriki” adlandırılan bu hesabların yaradıcılarının böyük hissəsi sosial şəbəkələrdə daha çox ABŞ-dakı irqi problemləri gündəmə gətiriblər. Belə ki, onların tabeliyi altında olan qaradərililərin hüquqlarından bəhs edən 16 qrupun 1,2 milyon izləyicisi olub.

“Trol Fabriki” qrupu ABŞ-dakı prezident seçkisinə 2015-ci ilin yazından hazırlaşıb. İlkin olaraq “Fabrik"də 30 nəfər çalışsa da, 2016-cı ilin yazında ştat 80-90 nəfərə qalxıb. Burada çalışan şəxslərin maaşı 55 min rubl təşkil edib. Hesabları işlədən “trol”ların administratorlarına 80-90 min rubl maaş verilib.

“Trol Fabriki”nin ABŞ bölməsinə də məhz 27 yaşlı azərbaycanlı Ceyhun Aslanovun rəhbərlik etdiyi bildirilir. Sankt-Peterburqdan olan azərbaycanlı Hidrometerologiya Universitetində iqtisadiyyat sahəsində təhsil alıb. Təhsil aldığı dönəmdə isə bir neçə aylıq ABŞ-da yaşayıb.

Aslanov “Trol Fabriki” ilə əlaqələrini inkar edib.

“Trol Fabriki” nələr edib?

Bu qurumla 100 amerikalı aktivist də əməşdaşlıq edib. “Fabrik”in sayəsində 2016-2017-ci illərdə ABŞ-da 40 mitinq keçirilib. Mitinqlərə insanların toplanması Feysbuk vasitəsilə təşkil edilib. Belə ki, təkcə 10 aksiya “BlackMattersUS” qrupunun adından istifadə edilərək keçirilib. Tvitterdə bu qrup +7 prefiksi ilə qeydiyyatdan keçib. Qrup yerli aktivistləri özünə cəlb edərək, aksya haqqında informasiyalar yayıb.

“Fabrik” təkcə siyasi etiraz aksiyaları təşkil etməyib. “BlackFist” qrupu vasitəsilə onlar gündəlik pulsuz müdafiə kursları təşkil ediblər. Maraqlı məqam odur ki, bu kurslar qaradərili əhali üçün nəzərdə tutulub. 4 şəhərdə təşkil olunan kursun məşqçilərindən biri “PayPal” və “Quql” vasitəsilə 300 min dollar alıb.

Donald Trampın qələbəsindən sonra “Trol Fabriki” fəaliyyətini dayandırmayıb və yeni səhifələr yaratmağa başlayıb. Savuşkin küçəsindəki 55 nömrəli evdən idarə edilən hesablar vasitəsilə “trollar” anti-tramp kampaniyasına başlayıblar. Onlar həmçinin “BlackMattersUS” səhifəsi vasitəsilə Şarlotta şəhərində Tramp əleyhinə marş da keçiriblər.

Tarix
2018.02.17 / 00:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla