Yuxarı

Xocalı faciəsi ilə bağlı bəyanat verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

Axar.az xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra RAMMM-ın sədri Firdovsi Hüseynov Xocalı faciəsinin səbəbləri və nəticələri barədə məlumat verib. Bildirib ki, 26 il əvvəl fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni hərbi birləşmələrinin və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birlikdə hücumu ilə yer üzündən silinib, qadınlara, qocalara, uşaqlara, hətta körpələrə aman verilməyib.

Sonra o Özbəkistanda yaşayan azərbaycanlılar və RAMMM adından Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Bəyanatını oxuyub.

Bildirilib ki, Bəyanat BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, İslam Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq təşkilatlara ünvanlanıb.

RAMMM sədrinin müavini Mobil Məmmədov, Xocalı faciəsinin şahidi Yusif Əliyev, həmçinin soydaşlarımızdan Qədir Məmmədov, Əjdər Əliyev, İsmayıl Məmmədov və başqaları Xocalı faciəsini törədənlərin bu qanlı əməllərini pisləyib, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıblar.

Tarix
2018.02.25 / 21:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla