Yuxarı

“Ordumuz ağır artilleriyadan istifadəyə keçməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Ordumuz ağır artilleriyadan istifadə etməklə hücuma keçməli, kəskin şəkildə cavab verməlidir".

Bu sözləri Axar.az-a millət vəkili Qüdrət Həsənquliyev cəbhənin təmas xəttində 11 əsgərimizin şəhid olması ilə bağlı informasiyanı şərh edərkən bildirdi.

Millət vəkili qeyd etdi ki, 11 əsgərimizin şəhid olmasına qarşılıq matəm elan etmək yox, ciddi cavab vermək lazımdır:

"Müharibə davam edir və müharibədə baş verən hərbi itkilərə görə matəm elan etmək yox, cavab vermək lazımdır. Bu, artıq kiçik insident deyil, Azərbaycana qarşı irimiqyaslı əməliyyatın həyata keçirilməsidir. Ordumuz ağır artilleriyadan istifadə etməklə, hava hücumuna keçməklə kəskin şəkildə cavab verməlidir. Ordumuz torpaqlarımızı azad etmək gücündədir və ermənilər heç də atəşkəsin pozulması kimi qiymətləndirilməsi mümkün olmayan, əsl döyüş sayılan bu hücumun qarşılığını, müdafiə nazirinin dediyi kimi, on qat artıq almalıdır".

Q.Həsənquliyevin fikrincə, bu atışmalar müharibənin başlaması üçün bir qığılcımdır:

"Ancaq səbəbkar biz deyilik. Belə bir şəraitdə bu qədər əsgərimizin öldürülməsi ilə Azərbaycan barışa bilməz. Bu bizim növbəti dəfə Ermənistana uduzmağımız kimi qəbul ediləcək və onların daha da harınlamasına səbəb olacaq. Bu gün hansı istiqamətdə atəşkəs pozublarsa, ordumuz da bütün imkanlardan istifadə edərək o istiqamətdə hücuma keçməli, düşməni darmadağın etməlidir. Bu o demək deyil ki, atəşkəslə bağlı imzalanmış protokolu pozuruq, sadəcə, 11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Bizim cavabdan sonra onların atacağı addımla anlaşılacaq ki, atəşkəs tamamilə pozuldu, ya hələ də problemin sülh yolu ilə həllinə ümidlər var".

Q.Həsənquluyev baş verən hadisəyə səbəb kimi iki versiya irəli sürdü:

"Rusiyaya qarşı sanksiyalar qüvvəyə minir. Bu, təxribat da ola bilər. Rusiya Avropaya göstərmək istəyir ki, regionda yenidən sabitlik pozulacaq. Bir başqa səbəb isə Ermənistanda daxili vəziyyətin kifayət qədər acınacaqlı və kritikliyi ilə bağlıdır. Ermənistanda gərginlik, hökumət əleyhinə narazılıq artıb. Ölkə sürətlə boşalır. İğtişaşlar artmaqdadır. Hökumət əhalinin diqqətini sosial narazılıqdan yayındırmaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Əlbəttə, başqa səbəblər də istisna deyil".

Qeyd edək ki, cəbhənin Ağdam istiqamətində ermənilərin hücumu nəticəsində 11 əsgərimiz şəhid olub. Müdafiə Nazirliyi məlumatı təsdiqləsə də, ölənlərin sayı barədə konkret məlumat verməyib.

Tarix
2014.08.01 / 15:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanlıları öldürən OMON-çuların - Fotosu

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla