Yuxarı

Polis şəhid əsgərlərimizi anmağa imkan vermədi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis şəhid əsgərlərimizi anmağa imkan vermədi - Video

Bu gecə cəbhə xəttində baş verən atışmada şəhid olan əsgərlərimizin anım mərasiminə polis imkan verməyib.

Axar.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində "tədbir" ("event") yaradan gənclər saat 20:00-da Şəhidlər Xiyabanında şəhidləri ziyarət etməklə bu gün torpaq uğrunda döyüşdə dünyasını dəyişən 8 (qeyri-rəsmi xəbərlərə görə 11) əsgəri anım törəni keçirəcəkdilər.

Tədbirin təşkilatçılarından olan jurnalist Tural Qurbanlının Axar.az-a bildirdiyinə görə, saat 18:00-a onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediblər:

"Dəvət edərkən bildirdilər ki, sadəcə tədbirin mahiyyəti barədə söhbət etmək istəyirlər. Ancaq idarədə mənə bildirdilər ki, ya burdan çağırış et və tədbiri ləğv et, ya da səni saat 21-ə qədər saxlayacağıq.

Təbii ki, mən çağırış etmədim və onlar da məni buraxmadılar. Heç bir təzyiq olmadı, əksinə, məni başa düşdüklərini bildirdilər və nəzakətlə davrandılar, sadəcə, qanunvericilk baxımından icazə verə bilməyəcəklərini anlamağımı xahiş etdilər".

Tədbiri keçirməkdə məqsədlərinin yalnız şəhidlərin xatirəsini anmaq və Müdafiə Nazirliyinə çağırış etmək, istənilən an orduya qayıtmağa hazır olduqlarını bildirmək olduğunu deyən Tural Qurbanlı İdarədən çıxdıqdan dərhal sonra Şəhidlər Xiyabanına gedib:

"Mən saat 21:00-da Bakı Baş Polis İdarəsindən buraxıldım və təbii ki, dərhal Şəhidlər Xiyabanına getdim. Təəssüf ki, təşkilatçı olmadığından, tədbir istədiyimiz kimi alınmamışdı. Ancaq gənclər ANS əməkdaşlarına açıqlama verə bilmişdilər və o materialın montajsız variantı artıq sosial şəbəkədə yayılıb.

Bütün hallarda səsimizə səs verib Şəhidlər Xiyabanına şəhidlərimizi anmağa gələn və qisasa hazır olduqlarını bəyan edən gənclərimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin".

Tarix
2014.08.01 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla