Yuxarı

“Qarabağda qeyri-dəqiq olsaq, bəla hər evə gələcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağda qeyri-dəqiq olsaq, bəla hər evə gələcək”

"Moskva Krımı işğal etməyib, sadəcə, həmin situasiyada Rusiya bir küncə sıxışdırılmışdı və heç bir çıxış yolu da yox idi".

Bu sözləri Axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Qarabağ ətrafında yaranmış son gərginliyi şərh edərkən deyib.

O, Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycan-Ermənistan prezidentlərinin Soçi görüşü ilə bağlı heç bir həll planının olmadığını bildirib:

"Moskva özünə sui-qəsddə meylli deyil ki, Ukrayna müharibəsi ilə yanaşı Cənubi Qafqazda da genişmiqyaslı müharibə başlatsın. Bir şeyi qeyd etmək istəyirəm ki, Moskva Krımı işğal etməyib, sadəcə, həmin situasiyada Rusiya küncə sıxışdırılmışdı və heç bir çıxış yolu da yox idi. Ona görə də Krım variantını Qarabağ üçün nümunə gətirmək çox təhlükəlidir. Moskva üçün hazırda ən ideal situasiya Ukraynadakı böhran bitənə qədər Qarabağda tam sakitliyin olmasıdır. Lakin Rusiyanın düşmənləri onun bu zəif ümid istinadgahının olduğunu yaxşı bilirlər. Ona görə də onlar azərbaycanlıların və ermənilərin emosionallığından istifadə edərək, məhz bura zərbə endirdilər. Nəhayət, Moskvanın bu regionda lazımsız eskalasiyaya, konfliktin ən yüksək həddə çatmasına ehtiyacı yoxdur. Baxın, ən azı Soçidə problemin aradan qaldırılması üçün Putinin hazır həll planı mövcud deyil. Qərb mütləq Qarabağda baş verən son faciəvi durumdan istifadə edəcək. Əgər bu regionun üç ölkəsi olan Azərbaycan, Ermənistan və Rusiya özlərini belə bir situasiyada qeyri-dəqiq aparsalar, o zaman bəla hər evə gələcək. Qərbin bu ölkələrə təsir etmək üçün konkret mexanizmləri var. Yenə də deyirəm, Azərbaycan və Ermənistanın tək çıxış yolu vasitəçilərsiz görüşməkdir. Rusiyaya gəldikdə isə, Moskvaya bundan artıq pis heç nə olmayacaq. ABŞ və NATO Rusiyada öz istədiklərinə nail olana qədər geri çəkilməyəcəklər".

Tarix
2014.08.06 / 10:27
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla