Yuxarı

Antalya və Muğlada meşə yanğını - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Antalya və Muğlada meşə yanğını - Video

Türkiyədə turistlərin ən çox axın etdiyi bölgələrdən olan Muğla və Antalya vilayətlərində baş verən meşə yanğınları ilə mübarizə davam edir.

Axar.az xəbər verir ki, Muğlanın Seydikemer rayonunda yerləşən əkin sahəsində başlayan yanğın bölgədə əsən güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb.

Bölgədə hökm sürən güclü külək səbəbindən alov qısa müddətdə genişlənib. Yanğınla mübarizəyə 5 təyyarə, 11 helikopter, 40 yanğınsöndürən avtomobil, 261 nəfərlik şəxsi heyət, yanğınsöndürmə briqadaları və başqaları cəlb edilib.

Antalyanın Kaş rayonunda dünən başlayan meşə yanğınının söndürülməsi istiqamətində də havadan və qurudan müdaxilə davam etdirilir. Vilayətin Kumluca rayonunda bu gün səhər saatlarında iki ayrı yerdə baş verən meşə yanğını isə nəzarət altına alınıb.

Antalyada son iki gündə 11 meşə yanğını baş verib, onlardan 9-u nəzarət altına alınıb.

Fethiye–Antalya avtomobil yolu yanğınlarla əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Tarix
2026.07.29 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla