Yuxarı

“ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı

Azərbaycan Dəmir Yollarının “ADY Mobile” mobil tətbiqi 500 min yüklənmə sayı ilə hər gün sərnişinlərin səyahətini daha rahat, sürətli və əlçatan edir.

Axar.az xəbər verir ki, tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış ola, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə biletlərini asanlıqla əldə edə, eyni anda bir neçə nəfər üçün bilet ala və biletləri PDF formatında ailə üzvləri və yaxınları ilə paylaşa bilirlər.

Son illərdə “ADY Mobile” üzərindən ölkədaxili istiqamətlər üzrə bilet satışlarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabr ayında tətbiq vasitəsilə əldə olunan biletlər ümumi satışın 11%-ni təşkil etdiyi halda, 2026-cı ilin iyun ayında bu göstərici 50%-ə yüksəlib.

Tətbiqdə təqdim olunan SİMA Pay – üz tanıma ilə ödəniş funksiyasını isə artıq 10 minə yaxın istifadəçi aktivləşdirərək stansiyalara daha sürətli və rahat keçid imkanından yararlanır.

“ADY Mobile” istifadəçiləri səfərlə bağlı vacib bildirişləri və yenilikləri operativ şəkildə əldə edir, həmçinin SİMA Pay, bank kartı, barkod və elektron kart kimi müxtəlif ödəniş üsullarından istifadə edə bilirlər.

Qarşıdakı dövrdə də “ADY Mobile”ın imkanları yeni funksiyalar və daha rahat xidmətlərlə genişləndiriləcək.

Tarix
2026.07.29 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla