Yuxarı

“Fars” Agentliyindən şok: Qarabağda aranı Putin qarışdırıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fars” Agentliyindən şok: Qarabağda aranı Putin qarışdırıb

"Fars" Xəbər Agentliyi (FXA) Azərbaycan-Ermənistan cəbhəsində yaranmış vəziyyəti təhlil edib.

Axar.az xəbər verir ki, "Fars" Agentliyi 1994-cü ildə başlayan 20 illik atəşkəs dövrünün ən qanlı qarşıdurmalarının yaşandığını bildirərək hadisələrin siyasi bir oyun olduğunu bildirib.

Agentlik atışmaların bütün cəbhə xətti boyu 5 gündür davam etdiyini, şiddətli qarşıdurmalarda Azərbaycan tərəfindən 13 əsgər və 1 mülki vətəndaşın şəhid olduğunu bildirir.

Ermənistan tərəfinin isə itkiləri barədə dəqiq məlumat verməyən agentlik bunun 2, 5, 20 əsgər ola biləcəyini deyir.

FXA məqalənin ikinci hissəsində baş verən qarşıdurmaların kökünə vararaq hadisələrin Avrasiya İttifaqı üzərində qurulduğunu qeyd edir:

"Azərbaycan-Ermənistan cəbhə xəttindəki bu gərginlik və bu gərginliyin səbəbi ilə bağlı müzakirələr davam edərkən başqa bir xəbər gündəmə bomba kimi düşdü - Azərbaycan və Ermənistan prezidentlərinin 8 avqustda Soçidə bir araya gələcəyi bildirildi. Bu xəbərin həm vaxtı, həm də tərəflərin görüşü maraqlı idi. Çünki hər kəs Əliyev-Sərkisyan görüşünün Fransa prezidenti Ollandın təşəbbüsü ilə Parisdə reallaşacağını gözləyirdi. Xatırladaq ki, bir neçə həftə öncə Paris görüşünə hazırlıq barədə xəbərlər yayılmışdı.

Bu səbəbdən də prezidentlərinin Avropada deyil, Soçidə - Rusiyanın patronajlığı altında bir araya gəlməsi cəbhədəki gərginlikdə "Rus izi" olmasına gətirib çıxardır".

Məqalədə bu görüşün Putinin istəyi ilə baş tutacağı və əslində görüşün Qərbə mesaj xarakterli olacağı yazılır:

"Putinin üçüncü dəfə prezident seçildikdən sonra ikinci dəfə prezidentləri bir araya gətirməsi çox əhəmiyyətli bir detaldır. Cəbhədəki qarşıdurmalar və gözlənilən Paris görüşü əvəzinə sürpriz Soçi görüşü Rusiya prezidenti Vladimir Putinin "Cənubi Qafqazın ağasının" kim olduğu ilə bağlı xəbərdarlıq xarakteri daşıyır".

Tarix
2014.08.07 / 13:33
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla