Yuxarı

Trampın vədi: ABŞ səhvini təkrarlamayacaq – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qoşunlarının Suriyadan çıxacağı inandırıcı deyil.

Bu sözləri Axar.az-a Trampın ABŞ ordusunun Suriyadan çıxacağı ilə bağlı açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, ABŞ-ın Suriyadan çıxması bölgədə vəziyyətin tamamilə qarışmasına gətirib çıxara bilər:

“Xüsusilə də bölgədə Rusiyanın aktivləşməsi, İŞİD-in tör-töküntülərinin fəallaşması Suriyanı yenidən qaynar qazana çevirə bilər. Düzdür, ABŞ Suriyadakı qoşunlarının yeniləri ilə əvəzlənməsi prosesini həyata keçirib, ancaq bölgədən tamamilə çıxması beynəlxalq vəziyyəti alt-üst edər. Hesab edirəm ki, burada anlaşılmazlıq var. Əgər Rusiya öz qoşunlarını Suriyadan geri çəksəydi və bölgədə vəziyyət Suriya xalqının sərəncamına buraxılsaydı, onda ABŞ-ın qərarına inanmaq olardı. Fransa isə çətin ki, Suriyadakı situasiya ilə bacara bilsin. Əvvəla, Fransanın bölgədə döyüş təcrübəsi yoxdur. İkincisi isə Fransanın bölgəyə qoşun yeritməsinə Türkiyə, İran və İraq razı olmaz”.

Politoloq hesab edir ki, ABŞ uzun illərdir Yaxın Şərqdə qurduğu hökmranlığı bir anın içində itirməz:

“Düzdür, ABŞ qoşunlarının müəyyən hissəsi Menbiçdən çıxarılıb. Bunların bir hissəsi hazırda Deyr əz-Zora tərəf çəkilsə də, digər hissəsi hələ də Menbiçdədir. Yaxın Şərq bölgəsi bir növ ABŞ-ın arxa baxçasıdır. Üstəlik, ABŞ yaxın müttəfiqi İsraili regionda təkbaşına qoymaz. Hətta ABŞ-ın bölgədə fəallığının azalması belə İranın burada xeyli fəallaşmasına, bölgənin Hizbullah, HƏMAS-ın təsiri altına düşməsinə gətirib çıxara bilər”.

Politoloq qeyd edib ki, ABŞ bölgədə sadəcə əməkdaşlığın formalarını dəyişə, yəni NATO-nun yeni qüvvələrini oraya cəlb edə və Türkiyə ilə bir sıra məsələlərdə dialoq tapmağa çalışa bilər:

“ABŞ Obama dönəmində İraqda yaranan xaosdan ibrət götürüb və bu bölgədəki qoşun kontingentini bir neçə dəfə artırıb. Ona görə də ABŞ-ın qoşunlarını Suriyadan çıxacağı inandırıcı deyil”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtda ABŞ ordusunun Suriyadan çıxarılacağını bildirib.

Tarix
2018.04.01 / 10:12
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla