Yuxarı

Güllələnən Opasnı Roma danışdı: Qorxuram...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güllələnən Opasnı Roma danışdı: Qorxuram...

Fransada həyatına sui-qəsd olunmuş kriminal avtoritet Rəhim Namazov (ləqəbi “Şəkinski”) sağalıb və özünü yaxşı hiss edir.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Fransa KİV-lərinə müsahibəsində Namazov həyatına təhlükə mövcud olduğu üçün özünü təhlükəsizlikdə hiss edə bilmədiyini deyib. Bununla birlikdə, maraqlıdır ki, o, kriminalla heç bir əlaqəsinin olmadığı qeyd edib.

Xatırladaq ki, Rəhim Namazovun və həyat yoldaşının olduğu “Audi” markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından qadın dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Rahim Tofiq oğlu Namazov 2010-cu ildə Fransaya köçüb. Kriminal keçmişi ilə tanınan Rəhim Namazov həm də "Opasnı Roma" ləqəbi ilə məşhurdur. Bu yaxınlarda internetdə yayılmış videoyazıda Rəhim Namazov kriminal avtoritet Nadir Səlifovu (Lotu Quli) təhqir edib.

Fransa KİV-lərinə danışan Rəhim Namazov deyib ki, hadisədən sonra onun başsız qalan 3 uşağını sığınacağa yerləşdiriblər. Onun evinin qarşısında gecə-gündüz polis növbə çəkir. Silahlı hücum zamanı başından aldığı güllə yaralarından ölən arvadı Aidanın meyiti isə hələ morqdadır, dəfn olunmayıb.

Tarix
2018.04.04 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla