Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimləri
zamanı Buk-MB raketi sınaqdan keçirilib.
Axar.az ortamənzilli raketlər silsiləsinə aid olan bu kompleks
haqqında qısa araşdırmasını təqdim edir.
Buk-MB raketləri ilk dəfə 1972-ci ildə SSRİ-də hazırlanıb.
Zenit-raket kompleksi uzun müddətli sınaqlardan son onilliyin
sonunda Sovet ordusunun silah arsenalına qəbul edilib.
Buklar bir sıra növləri ilə məşhurdurlar. Bunlar sırasında
aşağıdakıların adını çəkmək olar:
1) Buk 9К37
2) Buk-M1 9К37М1
3) Buk-M1-2 9К37М1-2
4) Buk-M2 9К317
5) Buk-M2E 9К317E
Buklar içərisində ən təkmilləşdirilmiş versiya hazırda
Azərbaycan ordusunda da Buk-MB zenit-raket kompleksləridir. Bu
kompleksin modernizasiyası 2005-ci Belarusiyada AQAT tərəfindən
həyata keçirilib. Ən maraqlı məqam isə həmin kompleksin Azərbaycan
ordusunun cəbbəxanasına qəbul edilməsidir. İlk dəfə bununla bağlı
işartılar 26 iyun 2013-cü ildə keçirilən hərbi parad zamanı meydana
çıxıb. Ekspertlərin əksəriyyəti həmin raketlərin Azərbaycana
2012-ci ildə gətirildiyini bildirirlər.
2008-ci ilin oktyabrında Azərbaycan Ukrayna şirkəti olan
"Ukrspeçeksport"la 36 milyon dollar dəyərində müqavilə imzalayıb.
Müqaviləyə əsassən, Azərbaycana 46 T-72 tankı və üç ədəd
zenit-raket kompleksi olan Buk-M1 təqdim edilməliydi. Lakin
sonradan söylənilən informasiyanın həqiqətə çevrilməsi ilə bağlı
heç bir məlumat əldə etmək mümkün olmadı.
2009-cu ildə Prezident İlham Əliyev Belorusiyaya səfəri zamanı
AQAT-ın zavodunda olur. Prezidentin burada Buk-MB ilə tanış olaraq
onu almaq qərarına gəldiyi bildirilir. Bəzi ekspertlər indiyə qədər
iddia edirlər ki, Azərbaycanın aldığı Buk-MB-lər 2012-ci ildə
Buk-M1-lərin üzərində modernləşdirilib.
Buk-MB-lər orta mənzilli raketlər hesab edilir. Bu raketlər
aşağıdakı qurğuları vurmağa qadirdir:
1) F-15 təyyarələri
2) Helikopterlər
3) MGM-52 "Lans" qurğuları
4) AGM-88 HARM raketləri
5) AGM-86
Bu raketlərdən ilk dəfə Gürcüstan-Abxaziya müharibəsində
istifadə edilib. Birinci Çeçenistan Müharibəsində də bu kompleks
rusların əsas istifadə etdiyi silah sırasında olub. 2008-ci ildə
Rusiyanın Gürcüstanı işğalı zamanı da eyni kompleks gürcü
təyyarələrinə qarşı istifadə edilib.
Hazırda Buklar 11 ölkənin silah arsenalında özünə yer edir.