Yuxarı

ABŞ qəzeti köçkünlərimizdən reportaj hazırladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ qəzeti köçkünlərimizdən reportaj hazırladı - Foto

ABŞ-da çıxan nüfuzlu "The Wall Street Journal" Amerika fotojurnalistinin "Ocaq axtarışı: Ed Kaşinin Azərbaycanın məcburi köçkünlərini əks etdirən fotoşəkilləri" sərlövhəli fotoreportajını dərc edib.

Məqalədə deyilir ki, son 20 ildə Azərbaycanda bu ölkənin Dağlıq Qarabağ regionunda öz doğma yurd-yuvalarını tərk edən məcburi köçkünlərin çoxminlik icması yaşayır. Müəllif yazır ki, onların bəziləri heyvandarlıq fermalarının baxımsız binalarına öz evi kimi baxır, bəziləri isə artıq 20 ildir doğma ev-eşiklərinə qayıtmaq həsrəti ilə yaşayır. E.Kaşi bildirir ki, bu insanların güzəranı çox çətindir.

E.Kaşi məcburi köçkünlərin və qaçqınların vəziyyətini göstərmək üçün VII Photo agentliyi tərəfindən bir həftə müddətinə Azərbaycana ezam olunub. Müəllif fotoreportajını "Həll edilməyən arzular" adlandırıb. Bu adın özü Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin həllini gözlədiyi münaqişənin bu günə qədər nizama salınmadığından xəbər verir.

Məqalədə deyilir ki, Ermənistan qoşunları regionu nəzarətdə saxlayır. Fotojurnalist vurğulayır ki, məcburi köçkünlər münaqişə həll edilən kimi öz doğma yurdlarına qayıtmaq istəyirlər. Onlar şəraitə uyğunlaşmağa çalışsalar da, heç biri burada qalıb yaşamaq arzusunda deyil. E.Kaşi sonda yazır: "Onlar yaşadıqları qəsəbələrə müvəqqəti sığınacaq kimi baxır, qaçqın statusunun tezliklə bitəcəyinə, həyatlarını doğma torpaqlarında yenidən quracaqlarına inanırlar".

AzərTac

Tarix
2014.08.17 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla