Yuxarı

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.

Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin tərkibində gənclərə də yer verilməsi təqdir edilir. Onların həm də tanınmış nəsillərin davamçısı olduğu üzə çıxıb.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən 38 yaşlı Sahil Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gətirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Bakının məşhur prokuroru (1994-98) Şükür Rzayevin oğludur. Şükür Rzayev çoxlarının yaddaşında təmənnasız, prinsipial və sözübütöv insan kimi qalıb.

Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilən İnam İmdad oğlu Kərimovun ailəsi də öz intellekti və yüksək təhsili ilə seçilir. Onun qardaşı Mətin Kərimli hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsini daşıyır.

Tarix
2018.04.21 / 22:47
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəlir

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş keçirildi

Minsk qrupunu saxlamağın mənası yoxdur - Bayramov

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla