Yuxarı

“1994-cü ilin martında Heydər Əliyev sizi və generalı...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“1994-cü ilin martında Heydər Əliyev sizi və generalı...”

"Rusiyanın Qarabağla bağlı sərgilədiyi hiyləgər, məkrli siyasəti Arif Rəhimzadə kimi uzun illər siyasi arenada olan adam görmürsə, bu adam sadəcə yazıqdır".

Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov dünən deputat Arif Rəhimzadənin Rusiya haqqında səsləndirdiyi fikirləri sosial şəbəkə üzərindən şərh edərkən söyləyib.

O, deputatı Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasətin mahiyyətini görməməkdə günahlandırıb, Rusiyanın yalnız ölkəsinin maraqlarını qorumayanlar üçün əlverişli dövlət olduğunu bildirib.

"20 ildən artıq müddətdə Putin-Medvedyev cütlüyü Azərbaycan xalqını barmaqlarına dolayıblar. Guya siz bunu bilmirsiniz?"

Üzeyir Cəfərov daha sonra 1994-cü ildə Heydər Əliyevin iştirak etdiyi mərasimdə çıxışını yada salıb:

"Yəqin ki, Beyləqan icra hakimiyyətinin binasında mərhum prezident Heydər Əliyevin qarşısında 1994-cü ilin mart ayında etdiyim çıxışı yaxşı xatırlayırsınız. Məhz Sizi və mərhum general-mayor, sabiq hərbi məsələlər üzrə müşavir Nurəddin Sadıqovu ayağa qaldıran prezident sizə mənim qaldırdığım hərbi-siyası məsələləri diqqətdə saxlamağı tapşırdı. Amma siz vəzifə barəsində gecə-gündüz düşündüyünüzə görə bir çox məsələləri qulaqardına vuranlardan oldunuz".

Ekspert sonda bir millət olaraq Rusiya və digər dövlətlərdən öz haqqımızı bütün sahələr üzrə lazımı şəkildə tələb etməyimizin vacibliyini vurğulayıb.

Qeyd edək ki, dünən "Publika.az"saytına verdiyi müsahibəsində Azərbaycan-Rusiya Parlamentlərarası Əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə Moskvaya qarşı mənfi münasibətin dəyişməli olduğu barədə fikir səsləndirmiş, Rusiyanın bütün addımlarını tənqid edənləri "ağzıgöyçək" adlandırmışdı.

Tarix
2014.08.19 / 10:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla