Yuxarı

MN-dən İrəvana cavab: Təxribatı ört-basdır etmək üçün...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Ermənistanla sərhəddə mühəndis işləri görməsi barədə erməni tərəfinin bəyanatı məsuliyyətsiz və əsassızdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən RİA-ya bildirilib.

"Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin Azərbaycan Ordusu bölmələrinin öz mövqelərini yaxşılaşdırmaq məqsədi ilə guya Azərbaycan-Ermənistan sərhədinin bəzi məntəqələrində aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin öldürülməsinə bəraət qazandırılmasına və ört-basdır edilməsinə yönəldilib", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyi mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olması barədə məlumat yayıb.

Müdafiə Nazirliyi bu təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin dayandığını və onların göstərişi ilə həyata keçirildiyini istisna etməyib.

Tarix
2018.05.21 / 01:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla