Yuxarı

Doyl qəhrəmanının iti kimi Paris küçələrində…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün Yutub cəngəlləyində vurnuxan isgəndərlilər Strasburqun baş binası ətrafında psixiatrik tamaşalar oynayır və onu demokratiya uğrunda mübarizə adlandırırlar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili Azərbaycandan kənarda fəaliyyət göstərən bir qrup mühacirin ölkəmizə qarşı apardığı çirkin kampaniyaya qarşı kəskin mövqe sərgiləyib:

“Bir çox dini rəvayətlərə görə, ruhun bədən adlı qəfəsə salınması yalnız o zaman hiss olunur ki, sən özünü xeyirxahlığın, nəcibliyin, humanizmin sərəncamına deyil, şərin və iblisin hökmünə təslim edirsən. Elələri Ziqmund Freydin psixoanalizlərində öz portretlərini yaxşı görürülər, çünki görkəmli alimin müşahidə apardığı yüzlərlə pasientin fiziki-mənəvi düşkünlüyü sayəsində insanlığı məhvə aparan hallüsinasiyalar, vampirlik istintiktləri və insanın heyvani başlanğıca can atmasının tibbi və sosial səbəblərini yaxşı izah etmək mümkün olurdu. İndi Parisin küçələrində Artur Konan Doylun qəhrəmanı baskervillərin iti kimi hər gün özünü atdığı bataqlıqdan - qara qutudan boylanan ağzı köpüklü Vidadi İsgəndərlinin distrofiya olunan gözləri və kəlləsi siyasət adamlarından daha çox həkimlərin bir nömrəli qayğısını təşkil etməlidir. Klinikalar belə təcrübi siçovulları müxtəlif xəstəliklərin mənşəyinin analizi, yayılması və ya qarşısının alınması məqsədilə xüsusi olaraq seçməlidir ki, tez-tez fərqli taktiki müalicə yollarının müəyyənləşməsi sayəsində dəqiq bir elmi nəticəyə gəlmək mümkün olsun”.

Millət vəkili vurğulayıb ki, belələri zombiləşmə nəticəsində canlı orqanizmin nə kökə düşdüyünü öz nümunələrində yaxşı əks elətdirirlər:

“Amma hər halda, Vidadinin qəlbinin üzərində aparılacaq cərrahiyyə əməliyyatları qorxulu filmlərdə göstərilən terminatorlardan fərqli olaraq, heç bir insanlaşma vaksininə müsbət cavab verəsi deyil. Çünki ruhunu tam əzrayıla satanları qolları qandallı bir şəkildə də palataya yatırıb, narkoloji xəstələr kimi məcburi müalicəyə məruz qoysan, elə biləcəklər, onları edam stuluna əyləşdirmisən. Bir adam ki, 50 milyon insanın qatili Adolf Hitlerin vəkilliyinə qalxıb, onda faşizmin hər zaman xəstə beyinlərdə cücərib boy atacağına heç kəsin şübhəsi olmasın. Yəqin, ata-babalarımızın Berlində qəhrəmanlıqla həlak olduğunu görənlər üstündən 73 il keçəndən sonra tamam ayrı bir hibrid mənəviyyatın daşıyıcısının gedib oralarda 3-cü Reyxin qəbir dağıtmadığını iddia edən tiplərlə üz-üzə qalacağını heç ağıllarına da gətirməyiblər. Milyonlarla insanı klimatoriya sobalarında məhv edən və bir millətin kökünü kəsməyi qarşısına məqsəd qoyan bir siyasi ideologiyanı və rejimi müdafiə etmək o bəşəri cinayətləri törədənlərlə şərik olmaq deməkdir. Baxın, hər gün Yutub cəngəlləyində vurnuxan isgəndərlilər Strasburqun baş binası ətrafında psixiatrik tamaşalar oynayır və onu demokratiya uğrunda mübarizə adlandırırlar. Görünür, azadlıq təkcə zəncirlərdən xilas eləmir, həm də çirkinliklərin üzərindən dəmir pərdələri də götürür və hər kəs özünün eybəcər simasını rahatlıqla ortaya qoyur. Bizim müdrik ahıllarımız, ağsaqqallarımız deyərdilər ki, adamların dilinə aldığı söyüş kimə yönəlməyindən asılı olmayaq, yalnız öz sifətinə yapışır.

O hesabla görün bir adam cərrahsız-filansız aşağı nahiyyələrindən nə qədər hissələri kəsib özünün simasına yapışdırır. Əcəb kosmetologiyadır!”

Tarix
2018.05.21 / 12:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla