
Fazil Mustafaya yazılan bu təhdidlər… - Ekspert
01:30
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Milli Məclisin deputatları Ankarada müalicə olunan əsgərlərimizi ziyarət edib.
Axar.az xəbər verir ki, millət vəkili Məlahət İbrahimqızı, Siyavuş Novruzov və Eldar İbrahimov Ankarada müalicə olunan yaralı əsgərlərimizə baş çəkiblər. Əsgərlərə tezliklə sağalmağı arzulayan deputatlar ölkənin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıqlarını bildiriblər.
Müalicəsi hələ də davam edən əsgərlərimiz Ankarada onların sağlamlığı üçün hər şəraitin yaradıldığını bildiriblər.
Qeyd edək ki, cəbhə xəttində baş verən atışmalar nəticəsində yaralanan Silahlı Qüvvələrimizin üç əsgəri - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə aparılıblar.
Tarix
2014.08.28 / 14:04
|
Müəllif
Nigar İxtiyarqızı
|