Yuxarı

Bakıda məşhur şirkətin binaları söküləcək: park salınacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan ALMET ASC-nin inzibati binası söküləcək.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ALMET ASC-nin yerləşdiyi ərazidə parkın salınmasıdır.

Məlumata görə, ASC bu məqsədlə iyunun 30-da səhmdarlarının növbəti illik ümumi yığıncağını çağırıb.

Yığıncağın saat 11:30-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda - “Şüşəplastmas” ASC-nin yerləşdiyi ünvanda keçirilməsi qərara alınıb.

Ümumi yığıncağın gündəliyinə Bakı Şəhər İcra Hakimyyətinin rəhbərliyi ilə, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ALMET ASC-nin yerləşdiyi ərazidə parkın salınması məqsədilə cəmiyyətə məxsus olan bina və qurğuların (balansındakı daşınmaz əmlakın) tamam sükülməsinə aid məsələ daxil edilib.

Burada söhbət paytaxtın Xətai rayonu, Zavod küçəsindən gedir. ASC-yə məxsus bina və daşınmaz əmlak Zavod küçəsi 8-ci, ev 1 ünvanda yerləşir.

Qeyd edək ki, ALMET ASC inşaatda istifadə olunan qapı, pəncərə, pilləkən, darvaza, məhəccər və s. istehsalı ilə məşğuldur. 314 454 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Suliddin Nəcəf oğlu Həsənovdur.

Tarix
2025.05.13 / 10:27
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla