Yuxarı

Bakı insan alverinə görə 11 nəfəri İnterpola verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə insan alveri, seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub.

Axar.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd edilib ki, həmin şəxslərdən 16 nəfəri, o cümlədən 3 insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Sənəddə vurğulanıb ki, həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Bununla yanaşı, informasiya texnologiyalarının (Vatsap, Tiktok, İnstaqram, Teleqram sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4, 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6, 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 cinayət işi başlanılıb.

Tarix
2025.05.13 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla