Yuxarı

Rus mətbuatı: “Əliyevlə Ərdoğan Putinin xilaskarıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı bütün qərarlarını rusiyalı partnyorlarının da maraqlarını nəzərə alaraq atır".

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı çıxış edib.

Mətbuat Azərbaycan və Türkiyəni Rusiyanın dostu adlandırıb:

"Azərbaycan üçün Avropa qaz bazarına çıxmaq prinsipial əhəmiyyət daşıyır. Amma Bakı bütün qərarlarını rusiyalı partnyorlarının da maraqlarını nəzərə alaraq atır. Bunun göstəricisi kimi biz keçən il TAP qaz kəmərinin Nabukkonun yerinə seçilməsini göstərə bilərik. Bakının özü bilərəkdən müəyyən riskə gedərək Nabukkonun seçimindən əl çəkdi. Halbuki bunun üçün bütün imkanları var idi və Avropadan da dəstək ala bilmək ehtimalı da çoxdur. Əgər bu baş verməsəydi, o zaman hazırda avropalılar Nabukkonun bayrağı ilə "Cənub dəhlizi"nin onlara lazım olmadığını açıq şəkildə bildirərdilər. Türkiyə və Azərbaycanın tandemi Rusiyanın xeyrinə işləyir. Ankaranın Rusiya ilə sıx əlaqələri Moskvanın Qərb tərəfindən təkləndiyi bir zamanda böyük köməkdir. Azərbaycan və Türkiyə ərzaq məhsullarının bazara daxil olması isə daha bir boşluğun doldurulması deməkdir. Sergey Lavrov Seliqerdə Rusiyanın müttəfiqi olan ölkələrin adını çəkərkən KTMT və Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərindən kənar heç kimi səsləndirmədi. Əslində isə Rusiyanın müttəfiqləri daha çoxdur. Ukrayna böhranı bunu bir daha sübut etdi və indi düzgün seçim vaxtıdır".

Tarix
2014.09.08 / 23:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Qırmızı Bazar qəsəbəsində oldu

Britaniyalı nazir açıqladı: Azərbaycanla münasibətlər...

Prezident Qarabağ Universitetində korpusun açılışında

İlham Əliyev Şuşakənddə oldu

İlham Əliyev Sos kəndində oldu

Soyqırımdan və Ağrı dağdan imtina - Paşinyan mesaj verdi

İlham Əliyev Hadrutda məscidin açılışında iştirak etdi

İlham Əliyev Hadruta getdi - Foto

İlham Əliyev Füzulidə bu kəndin təməlini qoydu

Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla