Yuxarı

Millət vəkili xəbər saytını məhkəməyə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili xəbər saytını məhkəməyə verdi

Millət vəkili Fazil Mustafa haqqında təhqiramiz yazı yazmış Aqil Ələsgər və onu yerləşdirmiş "Azerinfo.org" saytını məhkəməyə verib.

Axar.az xəbər verir ki, bu barədə özünün Feysbuk səhifəsində məlumat verən millət vəkili hadisənin qanun çərçivəsində həll olunmasını vacib bilib:

"Haqqımda təhqiramiz yazı yazmış Aqil Ələsgər və onu yerləşdirmiş "Azerinfo.org" saytını məhkəməyə vermək barədə qəti qərara gəldim. Buyurub yazdıqlarını sübut etsinlər. Əsas məqsəd odur ki, kimsə evində olan problemin səbəbini başqa yerdə bundan sonra daha axtarmasın. Adam haqqında jurnalist çevrəsindən maraqlandım, elə bir obrazını təqdim etdilər ki, inanın, əl verib görüşməyə utanarsınız. Çox zaman məhz bu kimliklər üzərimizə utanmadan gəlirlər".

Milət vəkilinin sözlərinə görə, haqqında böhtan atmış şəxsin Azərbaycan əleyhinə mövqe sərgiləməsi təhlükəlidir:

"Maraqlıdır ki, Aqil Ələsgərin adı Ergenekon davasında da Türkiyə hakimiyyətinə qarşı komplolarda yer alır. İndi birdən-birə Türkiyə hakimiyyətinin müdafiəçisi kimi çıxış edərək, azərbaycanlıların əleyhinə mövqe sərgiləməsi düşündürücüdür. Təbii ki, Ergenekon da siyasi bir dava idi və hüquqi əsası olmadığına görə dayandırıldı. Ancaq bütün hallarda Ərdoğan hakimiyyətini devirmək üçün qurulduğu iddia olunurdu və maraqlıdır ki, Azərbaycanda da əsasən bu şəxsin adı hallanırdı. İndi qatı Ərdoğan kursunun müdafiəçisinə çevrilməsi və onların gözündə bəraət alması üçün Azərbaycanın millət vəkillərinə, litsey məzunlarına böhtan atması anlaşılandır".

Tarix
2014.09.10 / 15:07
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla